Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dodağın ev şəraitində iki üsulla böyüdülməsi

Dodağın ev şəraitində ən azı iki üsulla böyütmək olar – gündəlik masaj və xalq vasitələriylə.

Dodaqların böyüməsi üçün masaj

Elementar yolla: yumşaq olan, quru diş fırçasıyla dodaqları asda şəkildə istilik hiss edənə kimi masaj etmək lazımdır. Bəzən belə masaj vaxtı dodaqların azca keyləşməsi müşahidə oluna bilər. Proseduradan sonra dodaqlara gigiyenik balzam (dodaqlar üçün) sürtün. Masajı gündə iki-üç dəfə təkrarlayaraq, siz bununla dodaqların qan təchizatını yaxşılaşdıracaqsınız, və onlar daha yumru, daha yumşaq və daha parlaq görünəcəklər.
Masajı yumşaq pilinqlədə etmək olar. Bunun üçün dodaqları suyla azca isladaın, quru diş fırçasına bir miqdar dodaqlar üçün pilinq vurun və masaja başlayın.
Dodaqların (qısa müddətli effekt verən metodlar) böyüməsi üçün xalq vasitələri
Effekt, bir qayda olaraq, qısa müddətli, təxminən 6-10 saat dayanır.
Dodaqların böyüməsi üçün buz

Buz kublarıyla dodaqları masaj etmək daha sonra bir neçə saniyəyə onlara isti suda isladılmış salfet qoymaq lazımdır. Bu prosedura dodaqlarda sancma hissi yaranana kimi bir neçə dəfə təkrarlayın.. Proseduranın sonunda son buzu qoyun və dişlərinizlə dodaqlarınızı dişləyin.

Dodaqların böyüməsi üçün istiot

Bu resept "gözəllik qurban tələb” edir düşüncəsində olan xanımlar üçündür. Qırmızı istiotu xırdalamaq, isti su olan fincaya tökmək və dodaqlara sürtmək lazımdır. İsti suda salfeti islatmaq və bir dəqiqə ərzində dodaqlarda saxlamalısız. Dodaqlar dərhal şişir, amma bu prosedur çox ağrılıdır.
Daha bir variantı cəhd etmək olar – xırdalanmış istiotu vazelinlə qarışdırmağ və dodaqlarınıza sürtə bilərsiniz. Dözə bilsəniz ən çox üç dəqiqə dodaqlarınızda saxlamağa cəhd edin. Sonda məhlulu dodaqlarınızdan salfetlə silərək uzaqlaşdırın. Şişmiş və qızarmış dodaqlara, dodaqlar üçün təmiz gigiyenik balzam vurun.
Dodaqların böyüməsi üçün zəncəfil

Zəncəfilin təzə kökünü çeynəyərək, dilinizlə üst və alt dodaqlarınıza masaj edin. Zəncəfil sıyığını isə dodaqlarınıza vuraraq masaj edin. Daha sonra sıyığı salfetlə silib, dodaqlara balzam vurmaq lazımdır.
Bu metod yalnız dodaqları böyütməyəcək, həm də nəfəsinizi təravətləndirəcək.
Dodaqların artımı üçün darçın

Zeytun yağına darçını tökün, miqdarı elə olmalıdır ki bərk skrab alınsın. Məhlula bir az balda əlavə edin. Diş fırçasına qarışığı vurun və dodaqları masaj edin.
Üç qat effekt alınacaq – bal ölmüş epiteliləri dəridən”təmizləyəcək (soyacaq)”, yağ yumşaldacaq, ədviyyat qan təchizatını sürətləndirəcək.
Dodaqların böyüməsi üçün limon

Limon qabığıyla beş dəqiqə ərzində keyləşmə və sancma hissi yaranan qədər dodaqları asda masaj edin. Prosedurun sonunda balzam sürtün.


Tarix: 22.11.2014 / 15:34 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...