Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

 Fenlərin düzgün seçimi və istifadəsi

Qadınları çox şeylər maraqlandırır: səliqəli saç düzümünə sahib olmaq üçün çox çalışmaq lazımdır. Kimsə fendən yalnız saç qurutmaq üçün kimsə düz saçlara sahib olmaq üçün , kimsə də biqudidən saçlarının burması üçün istifadə edir. Fen modapərəstlərin əvəzolunmaz aksessuarıdır desək yanılmarıq.

Fenlərin üç növü mövcuddur: konsentratorlar, diffuzorlar və stayler.
Konsentratorlar bir çatlağa bənzər taxmaya malikdir, hansı ki, bütün isti havanı saçlara yönəldir, nəticədə, saçlar qurudulur. Belə fenlər yığcamdır və qadın əl çantasına yerləşdirmək olar.

Diffuzor – saçların qurutması üçün istifadə olunur. Fenlərin əksəriyyətində bu cür başlıqlar var. Bu cür fenin köməyi ilə saçları ehtiyatla qurutmaq və onlara əlavə həcm vermək olar.

Stayler saçların düzləşdirilməsi üçün nəzərdə tutulmuşdur. Onları fen-şotkada adlandırırlar. Bu fenin köməyi ilə saçları düzləşdirmək, burmaq, həcim vermək olar.

Başlıqlar
Saç buran fendə ən vacib – başlıqlardır. Başlıqların köməyi ilə istədiyiniz ölçüdə və həcimdə buruq saçlara sahib ola bilərsiniz. Ən sadə başlıq buruq saçlarınıza müxtəlif həcmi verir. Başlığın diametri nə qədər kiçik olsa, bir o qədər daha incə buruq saç alınar. Əksinə iri buruqlar istiyirsinsə diametri böyük olan başlıqlara üstünlük verməlisiniz.
Xüsusi büzmələnmiş taxmanın köməyi ilə saçlara dalğalı görünüş vermək olar. Ütünün köməyi iləsə – hətta ən sözə baxmayan saçları düzləşdirmək olar.

Saç buranın materialı
Saç buran fenin seçimi zamanı keramika və ya titan ütülərə diqqət verməlisiniz. Metal səthli saç buranlar bizim saçlarımıza pis təsiri göstərir.
İonlaşma sistemi antistatik effekti verir (istehsal edir) və saçların təbii rütubətini dəstəkləyir. Saçların ionlaşması prosesində artıq rütubət uzaqlaşdırılır, saçların cavanlaşdırılmasına imkan yaradır. İonlaşma effektinin sayəsində tel elastik və parlaq alınır.

Tempraturun nizamlanması:
İncə saçlar üçün – 150-ə qədər
Quru və sərt saçlar üçün – 150-dən 170-ə qədər
Çox sərt saçlar üçün – 170 – 210-a qədər
Fenlərdən müntəzəm istifadə edən xanımlar nəmləndirici və müalicəvi maskalardan istifadə etməlidirlər.

Temperatur diapazonu
Xüsusi diqqəti temperatur diapazonuna yönəltməlisiniz. Əsasən bu 100-200 dərəcə olur. Temperatur, nə qədər çox olsa bir o qədər mürəkkəb və ya iri buruq saçlar əldə edə bilərsiniz.

Əhəmiyyətli detallar
İpi yoxlayın. O fırlanan olmalıdır, rahatlığınız üçün uzunluğu üç metrdən az olmalıdır.


Tarix: 22.11.2014 / 15:16 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...