Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sağlam saçların ən sadə formulu

Saçların sağlamlığı üçün saç dərisinə uyğun şampun seçimək mütləqdir. Düzgün şampun və saç kremi seçmək üçünsə əvvəlcə dərinizin tipini müəyyən etməlisiniz:
Quru saç: Saç dərisində qurumalar olduğu üçün saçlar bu quruluqdan tökülürlər.
Yağlı saç: Saç dərisində və saç tellərində yağlanma səbəbindən parıltı olur.
Duşa girərkən ovucunuza fındıq boyda şampun damlası töküb, onu su ilə yayırsınız. Sonra saçlarınıza bərabər miqdarda həmin şampunu çəkirsiniz. Əksər qadınlar saçlarının elektriklənməsindən şikayət edirlər. Bunun ən sadə həlli saçları ilıq su ilə yumaqdır.
Saçların parlaq və canlı görünməsi üçün keyfiyyətli və təbii saç kremlərindən istifadə etmək məsləhətdir. Tərkibində zülal olan saç kremləri təkcə saç kötüklərinə deyil, həm də haçalanmış, qırılmış saç uclarına da xeyirlidir. Saç kremləri həmçinin saçların rahat daranmasına kömək edir. Saç kreminin istifadəsi də asandır: Saçları şampunla yuduqdan sonra kremi çəkib saçlara tam paylayırıq, 5 dəqiqə saxlayıb ilıq su ilə yuyuruq. Saç sağlamlığı üçün həftədə bir dəfə edilən nəmləndirici maskalar faydalı ola bilər.


Tarix: 05.07.2013 / 21:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...