Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saçlarınızı yenidən kəşf edin

Bu yazımızda saçı necə şampunlamağı və şəkilləndirməyi öyrənəcəyik. Çoxları bu prossesləri düşünülməmiş formada yerinə yetirir. Lakin, bunu daha sağlam və maraqlı edə bilərik.

Bildiyiniz kimi şəkilləndirici və ya durulamaqla nizamlı formada şampunlamaq saçlara daha çox nəmlik və parlaqlıq verir. Şampunlamaq eyni zamanda saçların daha sağlam şəkildə inkişafı üçün saç köklərinə oyadıcı təsir verir.

1-ci addım:

Saçınızı isti su ilə yaxşı isladın. Saçları mineral su ilə yumaq və durulamaq məsləhət deyil.

2-ci addım:

Ovcunuza bir az şampun tökün və ovcunuzu bir-birinə sürtərək yayın. Şampunu saçlarınıza yaymaq üçün ovucunuzu başınızın hər tərəfinə sürtün. Bundan sonra şampunlama və massaj əməliyyatına başlaya bilərsiniz. Ön hissədən başlayaraq dairəvi formada təpə nöqtəsinə doğru massaj edin.

Tələsməyin. Eyni hərəkətlərlə açınızın yan tərəfindən başınızın arxasına doğru hərəkət etdirin. Son olaraq boyun hissəsini də massaj edin. Baş dərisini dırnaqla yumaq olmaz, barmaqlarınızın yumşaq uc hissəsi ilə massaj edin. Bu cür şampunlama ən azı 2 dəqiqə davam etməlidir, uzun saçlar üçün isə 3 dəqiqə ola bilər.

3-cü addım:

Yuyun, yuyun yenə də yuyun. Çünki, kimyəvi maddələrlə zəngin olan şampunun saçdan tamamilə yuyulması həyati əhəmiyyət daşıyır. Yuduqca saçınızı yüngül massaj edin.

4-cü addım:

Şəkilləndirici məhsullardan mümkün qədər az istifadə edin. Belə məhsulları yalnız ehtiyac olduğunda istifadə etmək məsləhətlidir. Saçınızın uzunluğundan asılı olaraq az miqdarda şəkilləndirici məhluldan ovcunuza tökün, uclarına və ya bütün saçınız boyunca lazım olduqda istifadə edin. Yüngül massaj edin sonra isə yaxşı durulayın.

5-ci addım:

Saçınızı yüngülcə sıxın və ya suyu özünə yaxşı çəkən dəsmalla qurulayın. Saçları əllə və ya dəsmalla qarışdırmaq, burmaq və ya bükmək olmaz. Çünki, bu cür qurutma saçlara ziyan verir. Dəsmalla nə qədər yaxşı qurulasanız saç qurudan fenlərdən bir o qədər az istifadə etmiş olarsınız.

6-cı addım:

Saç tipinizə uyğun olan şəkilləndirici məhsullardan yalnız ehtiyac olan qədər istifadə edin.

7-ci addım:

Dəsmalla qurutduğunuz saçı böyük və ya iri dişli daraqla darayın. Əgər saçınız uzundursa daramağa alt hissədən başlayın, sonra isə üst hissəyə keçin. İmkan olduqda saçınızı ayırın və ya barmaqlarınızla darayın. Yaş saçı şotka daraqla və ya saçı qıran, qoparan metal daraqlarla daramayın.

8-ci addım:

Ehtiyac olan şəkilləndirici məhsullardan istifadə edin, sonra şəkilləndirin.


Tarix: 24.12.2012 / 19:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 307 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...