Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gelin makyaji nece olmali?

Makiyaj hər qadının ümumiyyətlə istifadə etdiyi ancaq çox daha incə detalları olan bir mövzudur.Ümumiyyətlə toy hazırlıqlarınızda makiyajiın əhəmiyyətli bir məsələ olduğunu bu sahədə öz tövsiyələrimizi sizinlə bölüşəcəyik.
Bu həkim tövsiyəsi olmamaqla birlikdə sizə müəyyən ölçüdə fikir verəcəkdir. Makiyaj ilk növbədə gəlinliyiniz və sizin tərziniz üçün uyğun olmalıdır. Ustanızdan olduqca keyfiyyətli makiyaj ləvazimatları istifadə etməsində tələbkar olun. Əks təqdirdə tərlədiyiniz zaman makiyajınız korlana bilər. Məsləhət olardı ki, toy günündən əvvəlki gün bir dəfə daha test makiyajı elətdirəsiniz.

Hətta şəklinizi də çəkib rahat görünən ölçüdə print edin ki, necə göründüyü barəsində yaxın rəfiqənizlə birlikdə fikir yeridə biləsiniz. Bu sizin işinizi olduqca rahatlatmış olar.

Dodaq makiyajı qadınların ən çox istifade etmiş olduğu makiyaj növüdür. Ancaq unutmayın ki, onun bir makiyajın ölçüsünü elə ayarlamaq lazımdır ki, cazibədar görünmek istərkən eybəcər hala düşməyəsiniz.

Göz makiyajı, əllər, dırnaqlar, cild baxımı və s. bir çox kateqoriyalara ayıra biləcəyimiz makiyajda usta əllərə özünüzü əmanet edin. Seçdiyiniz gözəllik salonu, ölçüsü bu sahədə rəhbərlik etməlidir. Gözəllik salonunuzun mütəxəssisindən alacağınız tövsiyələri dinləyərək özünüzü toya hazırlayın.

Ən gozəl gününüzde gözəlliyinizə gözəllik qatmaq əlinizdədir.

Üz
Kirşan və örtücü krem qüsursuz bir görünüş üçün vacibdir. Ağ gəlinlikdə olacağınız üçün örtücü kremi dəri rənginizdən tünd seçməyin, yoxsa üzünüz boğunuq görünə bilər. Təbii görünüş üçün dəri rənginizə uyğun örtücü krem və pudra seçin.

Açıq sinəsi olan bir paltar seçmişsinizsə bu zaman boynunuza da kirşan çəkməyi unutmayın.

Gözlər
Gözlərinizi vurğulamaq üçün açıq rəngdən orta tünd rənglərə qədər olan bir ton seçə bilərsiniz. Qaz sümüyünüzün tam altına isə, açıq dərilisinizsə ağ, bir az qarabuğdayısınızsa sümük rəngi bir göz boyası çəkin. Bu görünüş gəlinliyinizin gözəlliyi ilə bir-birini tamamlayacaqdır.
Qum rəngləri göz qapaqlarının ətrafını vurğulaya biləcək rənglərdən sayılır.Baxışlarınızın diqqət çəkməsi üçün alt və üst göz qapaqlarını qəhvəyi, tünd yaşıl və ya kömür rəngi kimi təbii tonlarla rəngləyin.
Qaşlar da müəyyən miqdarda rənglənməlidir. Lakin diqqət çəkəcək qədər yox! Təbii bir görünüş üçün saçların rənginizə uyğun olan göz qələmi ilə rəngləyin.
Bu gözəl gününüzdə mütləq suyadavamlı tuşdan istifadə edin. Bu Tus həm daha uzun ömürlü olacaq həm də belə duyğulu gününüzdə göz yaşlarınızın gözəlliyinizi pozmasına imkan verməyəcək. Dəri rənginiz çox açıqdırsa tünd qəhvəyi tuşdan istifadə edin. Kirpiklərinizin daha uzun və gözlərinizin daha böyük görönməsi üçün tuşdan istifadə etməzdən əvvəl kirpiklərinizi kirpik qaldıran cihazla qaldırın.

Yanaqlar
Sizi sağlam göstərəcək bir ənlik seçin! Dərinizin rəngi açıqdırsa çəhrayı, qarabuğdayısınızsa, Qırmızı tonları seçin. Ənlik yanaqlarda almacıq sümükləri istiqametində və alnınıza çəkilir. Daha təbii görünmək üçün yalnız almacıq sümüklərinizə istifadə etdiyiniz ənliyin bir ton açığını çəkin.Ənliyi normaldan biraz çox çəkin

Dodaqlar
Hər zaman istifadə etdiyiniz dodaq boyasından bir iki ton açıq rəng dodaq boyası
çəkin. Çəhrayı, Qırmızı, narıncı rəngdə olan dodaq boyaları gəlinlər üçün ideal bir rəng sayılır.Ən sonda isə dodaq qələminden istifadə edərək dodaqlarınızı vurğulayın.

Dırnaqlar
Dırnaqlarınıza açıq rəngli dırnaq boyası çəkin. Üstündə isə dırnaqlarınızı daha da parıltılı edən rəngsiz dırnaq boyası çəkin. Bu dırnaqlarınızı daha səliqəli və təbii göstərəcək.


Tarix: 27.06.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 294 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...