Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların "cazibədarlıq" səhvləri

Uşaq səsi: Balaca qış uşağı kimi danışmağı qurtarın artıq! Belə olduqda sizin cazibəli və şirin olduğunuzu kim deyir?! Paris Hilton? Bu nə axmaq fikirdir. İncəldilmiş, zorla şirinləşdirilmiş səs nəinki qıcıqlandırır hətta belə bir fikir yaradır: “Mən sənin atan deyiləm!”

Mürəkkəb saç düzümü: Düşünün ki divanda oturub televizora baxırsınız. Filmin romantik hissəsində oğlan əlini qızın saçına aparır, başını sığallamağa çalışır. Romantikdir hə? Və birdən barmaqları dolaşıq saça qarışır. Özünü tələyə düşmüş kimi hiss edən oğlan çətin ki ikinci dəfə yenə o “tələyə” düşsün.

Bronzlaşma: Bronze rəng, yapışqan və qəribə qoxu? Yox, doğru bilmədiniz bu parçalanmış mandarin deyil.
Günəş qaralması-bu təbii ki, gözəl və daha cazibədar görünməyə səbə olur lakin ifrat həddə lazerlər vasitəsilə yox! Hər halda o yenə də qatı iy verir.

Xroniki dieta: Göründüyünün əksinə olaraq heç də bütün kişilər Vogue jurnalının eston modelləri xəyalları ilə yaşamırlar. Daimi dieta saxlayaraq sağlamlığınızı məhv etməkdənsə qarşı tərəfin nəyi bəyəndiyini öyrənməyə çalışın.

"Saf" qız obrazları: İnanın kişilər ağıllı qadınları sevməsələr də ömürlərini axmaq qadınla da keçirmək istəməzlər. Təsəvvür edin ki, qarşındakına “Amerikanın prezidenti qara dərilidir” dediyində “aaa Bill Klinton qaradır məgər?” cavabını almaqdan dəhşətlisi yoxdur. Özünü ağıllı aparmaq yerinə axmaq kimi davranıb saf hərəkətlər etmək sizi çox uzağa aparmayacaq.

Totuirovkalar: Təbii ki hər bir normal insan totuirovka edə bilər. Sevdiyin insanın adını biləyinə yazmaq olar. O getsə belə ondan xatirə qalacaq. Lakin hansı kişiyə xoş olar ki sevdiyinin qolundan daha çox sevdiyi adamın adı yazılsın? Əgər siz sevdiyinizin adını tatu eləyirsinizsə bu heç də qarşı tərəfdə sizin haqda xoş düşüncələr yaratmayacaq. Əksinə o sizi zəmanənin qurbanı olan cavanlar siyahısına əlavə edəcək.

Süni dırnaqlar: Düşünək ki onlar, necə deyərlər, gerçəkci görsənmirlər. Həmçinin bəzən onlar heç istənilməyən zaman qopa bilərlər. Üç dırnaqlı qadının isə cazibədar görsənməsi artıq sual altındadır.

Kipriklərdə həddən artıq tuj: Bu ümumilikdə cazibədarlığı tamamilə silib atmaqdır. Uzun, havalı kirpiklər-əladır. Amma həddindən artıq tuj göz qapaqlarının hərəkətini çətinləşdirir. Bu sadəcə üzünüzdə gəzən iki tarantulaya oxşayır. Əgər cavan oğlan araxnofobiyadan əziyyət çəkməyibsə, mütləq xəstələnəcək.

Göz bəzənməsi və qırmızı pomada: Unutmayın ki, vurğu ya gözə olunmalıdır ya da dodağa. İfrat bəzənmiş göz və qırmızı pomadadan eyni anda istifadə qadını sadəcə kukla teatrının aktrisasına çevirir. Əgər siz düşünürsünüzsə ki, bu sizə cazibədar və sehrli bir görkəm verir, sizin yanlış düşündüyünüzü qürurla deyə bilərik.


Tarix: 26.06.2013 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 149 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...