Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gil və gül suyu ilə gözəlləşin

Gil və gül suyu ilə gözəlləşin

Gözəl olmayan qadın yoxdur, özünə baxmayan qadın vardır. Bütün qadınlar gözəlliyə layiqdirlər.

Qadınlara təbii yollarla gözəlləşmələrini və gənc qalmalarını təmin edən bir maska təklif edirik. Kasmetoloqlara dünyanın pulunu verməyin, evdə praktik üsulla və təbii yolla cavanlaşın, gözəlləşin.

Vəsait və hazırlığı:

1 miqdar gili bir qaba qoyun üzərinə kifayət qədər təbii gülsuyunu tökərək məcun konsistensiyasına gətirin. Dərinizə sürərək 1 saat gözlədin və daha sonra dərinizdən ovarak çıxardın. Dərinizi yuduqdan sonra təkrar gül suyu ilə silin. 1 həftə boyunca hər gün bu maskanı tətbiq edin. Dərinizdəki qara nöqtələrdən, sızanaqlardan və irinli yaralardan xilas olun.









Məsamələri sıxışdırıcı maska



Məsamələri möhkəmləşdirən və hər dəriyə uyğun olan çox təsirli bir maska.



Vəsaitlər:

-1 yumurta ağı

-1 çay qaşığı bal

-1 çay qaşığı limon suyu

-1 çay qaşığı çicək yağı



Hər dəri tipinə uyğun məsamələri sıxışdıran maska:

Yumurtanın axını yaxşıca ağlaşana qədər çırpın, içərsine balı qoyub təkrar çırpdıqdan sonra limon sununu və çiçək yağını əlavə edin və yaxşıca qarışdırın. Daha sonra bir parça pambığa tökərək üzünüzə və dekolte bölgənizə (boyundan sinəyə qədər olan məsafə) sürtün. Pambıqdakı qarışıq bitincə, təkrar pambığa töküb 1 neçə dəfə daha sürtün. Yarım saat gözlədin və yuyun. Bu maskanı həftədə 2 dəfə edin.


Tarix: 26.06.2013 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 69 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...