Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələkli üz maskaları

Yaz aylarının ən sevilən meyvələrindən biri olan çiyələk, yalnız meyvə olaraq deyil dəri baxımına da bir çox faydaları olduğu bilinməkdədir.
Tortundan, ceminə qədər istifadə etdiyimiz çiyələyi birdə dəri baxımınızda sınağınızı tövsiyə edərik.
Çiyələklə edilən üz maskaları çiyələyin içində olan C vitamini, salisilik turşu və antioksidanlar səbəbiylə çox yaxşı bir təmizləyici və baxım maskası olaraq istifadə edilə bilər. C vitamininin dərimiz üçün əhəmiyyətini bilirik. Bunun xaricində çiyələkdə olan digər əhəmiyyətli maddə salisilik turşu ölü dəri hüceyrələrini təmizləyər, məsamələri möhkəmləşdirər və dəriyə təbii bir parlaqlıq qazandırar. Antioksidanlar isə dəridə yaranan təxribatla mübarizə edərək təzə və gənc görünüşünə iştirak edər.
Çiyələklə edilən dəri maskaları dərinin köhnəlmiş və ölü hüceyrələrin yığıldığı ən üst təbəqəsinin soyulmasına köməkçi olaraq peeling təsiri yaradar. Ayrıca maska sonrası hava çirkliyi, toz kimi pis ətraf şərtlərinin dərimizdə yaratdığı təsirlərə qarşı qoruma təmin edər.


İndi çiyələk maskası necə hazırlanar sualının cavabını verək. Əvvəlcə ehtiyac duyacağınız vəsaitlər bir miqdar ağ sirkə, 5-10 dənə çiyələk, yarım yemek qaşığı krem, 1yemek qaşığı bal, 1 yemek qaşığı süd, 1yemek qaşığı düyü unu.
Sirkəni çiyələkləri bütün bakteriyalardan təmizləmək üçün istifadə edəcəyik. Əvvəl çiyələkləri bir qab alin və üzərini 1 sm keçənə qədər sirkə tökün. 1-2 dəqiqə gözlədikdən sonra bol su ilə, bütün sirkə gedənə qədər yuyun. Sirkənin təmizləndiyindən əmin olunsa kağız ya da pambıqlı dəsmalla qurulayın.
4-5 dənə yaxşıca yuyulmuş çiyələyi, 1yemek qaşığı südü və yenə 1yemek qaşığı misir ununu bir kasaya qoyun və konsistensiyasına gələnə qədər yaxşıca qarışdırın. Bu mərhələdə çiyələklərin yaxşıca əzilmiş və suyunun çıxmış olması lazımdır.Yüngülcə sıxlaşan qarışığı üzünüzə tətbiq edin və təsirini göstərməsi üçün 20 dəqiqə gözləyin. Daha sonra ilıq suyla maskanı üzünüzdən təmizləyin.
Diqqət: Çiyələk dəri üçün faydalı bir təbii maska olaraq istifadə edilsə də bu vəziyyət çiyələk allergiyası olanlar üçün etibarlı deyil. Əgər çiyələyə allergiyanız varsa dərinizdə qizariqlar olacaq.


Tarix: 23.06.2013 / 17:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 520 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...