Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üz şəklinə görə makyaj təklifləri

Makyajı üz şəklinə görə etmək lazımdır. Çünki ,üzünüzə görə makyaj etdikdə sizə xüsusi və üzün xarakteristikasını ortaya çıxaran bir makyaj etmiş olursunuz. Üzə görə makyaj edərkən doğru texnikaları istifadə etməyi təklif edirik. Üz tipinizə uyğun olaraq edilən makiyaj daha təsirləni olar və daha çox diqqət çəkər. Etdiyiniz makyajın diqqətə çarpan olmasını və detallarının özünü hiss etdirməsini istəyirsinizsə yazımızdakı makyaj təklifləri tam sizə görədir.

Sizləri makyajın doğru texnikaları ilə tanış edirik. Üz şəklinizə görə doğru makyaj texnikasını istifadə edirsiniz? Oval, kvadrat, yumru, üçbucaq və bucaqlı… Sizin üz şəkliniz hansıdır? Budur üz şəklinizə görə edəcəyiniz makiyaj formaları.

Oval üz
İdea üz şəkli olaraq mənimsənən oval üz yanaqlarda gənişləyib, çənədə darlaşan üz şəklidir. Oval üz düzəltmə tələb etməyən tək üz şəklidir deyə bilərik və digər üz şəkillərinə edilən bütün müdaxilələr, üzü yaxınlaşdırmaq üçündür. Bu üz şəklində makyaj edərkən diqqət yetirilməsi lazım olan tək məsələ bucaqlı xəttlərdən qaçınmaqdır və xəttlər ola bildiyincə yumru tətbiq olunmalıdır.

Yumru üz
Yumru üzlərdə daha mənalı bir makiyaj əldə etmək üçün üzün xarici hissələrinə mütləq müdaxilə edilməlidir. Xüsusilə çənə və almacıq sümükləri diqqətə çarpan hala gətirilməlidir. Bu cür əməliyyatları edə bilmək üçün dəri rənginə uyğun açıq və tünd olmaq üzrə iki tonal kremə ehtiyac vardır. Üzə dəri rənginə uyğun tonal krem tətbiq olunduqdan sonra əsas tonal kremin1,5 - 2 ton tündü ilə görünüşünü yumşaltmaq istədiyimiz qisimlərə çəkirik.
Üzün üst hissəsində, qulaq kənarından başlayaraq alının iki tərəfinə kölgələr edilər.
Alt qisimdə isə, qulağın üzə bitişik olan üst hissəsindən çənəyə kavisli kölgə edilər.
Sonrakı mərhələdə qulaq məməsindən başlayaraq, yanaq çuxurundan buruna doğru kavisli bir kölgə edilir. Bu əməliyyat almacıq sümüklərini diqqətə çarpan edərək üzə daha mənalı bir ifadə qatacaq.
Yumru üzlərdə ənlik almacıq sümüyü üzərindən yanlarda gözün xarici ucuna doğru, aşağı hissədə isə yanaq çuxurunda bir üçbucaq meydana gətirəcək şəkildə sürtülər.
Yumru üzlərdə diqqətin orta hissəyə çəkilməsi lazım olduğu üçün dodaq boyası canlı sürtülməlidir,həm də qaşlar və gözlər dartılmış olaraq rənglənilməlidir.


Kvadrat üz
Kvadrat üzlərdə üzə daha yumşaq bir ifadə vermək və üzə sərtlik qatan bucaqları ortadan qaldırmaq üçün diqqət üzün orta hissəsinə çəkilməli və bunun üçün də canlı rənglər istifadə edilməsi lazımdır.
Əvvəlcə üzə dəri rənginə uyğun bir tonal krem tətbiq olunur.
Üzün üst hissəsində 1- 2 ton tünd digər tonal krem istifadə edilərək saç diblərindən gicgahlara doğru bir kölgə edilir.


Tarix: 22.06.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 287 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...