Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbii maskalar...

Çiyələk maskası, Badımcan maskası, Ərik maskası, Qerkules maskası Yağlı cildi olanlar üçün. Çiyələk maskası Bir ovuc dolusu çiyələyi şüşə kasanın içində çəngəl vasitəsilə pure halına düşənə qədər əzirik və üzümüzə çəkirik. əgər quru cildiniz varsa bunun içərisinə bir neçə damla badam yağı qata bilərsiniz. 10 dəqiqə üzdə qaldıqdan sonar yuya bilərsiniz. Çiyələk cildimiz üçün çox faydalıdır. Badımcan maskası Dilimlənmiş iki badımcan iki stəkan suda qaynadılır. Buna bir diş sarımsaq əlavə olunur. Sıyıq halına salınır. Buna qaymaq qataraq krem şəklinə salınır. Bu qarışım iki ay boyunca hər gün istifadə olunarsa cilddə olan mikropları məhv edir və cildimiz saf və təmiz bir görüntü əldə edir. Ərik maskası Üç dəfnə yarpağı, bir çimdik darçın ərik suyunda bişirilir. Bir yumurta və yarım stəkan süd qarışdırılaraq krem halına gətirilir . Üzdəki sivilcələr üçün çox yararlıdır. Qerkules maskası Yağlı cildi olanlar üçün. Qerkulesi suda bişirin sonar suyunu süzün və qalan qerkulesləri yaxşıca əzin. Üzünüzə çəkin. 15 dəqiqə sonar yuyun.


Tarix: 22.06.2013 / 19:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 153 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...