Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzünə yaraşan qaş forması hansıdır?

Bildiyimiz kimi qaşlar üzün dəyişməsində böyük rol oynayır. Üzün ifadəsi tamamilə dəyişir. Lakin buna diqqət etməsəniz və əhəmiyyət verməsəniz, gözəlliyiniz böyük bir “qəzaya” uğraya bilər.
Lakin üzünüzə yaraşan qaş formasını tapmaq çətindir. Düzgün və yaraşan formanı tapdıqdan sonra isə qaşın alınmasın da heç bir problem olmur.
Yuvarlaq üz quruluşu olanlar – qaşlarını üçbucaq şəklində almalıdır. Aypara qaş formasını isə qətiyyən etməməlidirlər.
Kv üz quruluşu – qaşlar mümkün qədər yuxarı və yumru formada olmalıdır. Çünki belə qaş forması üzün sərt ifadəsini yumşaldır.
Üçbucaq üz quruluşu – bu üzdə olan xanımlar qaşlarını düz etməlidir. Bu forma onlara çox yaraşır.
Tərs üçbucaq üzə - sahib olan insanlar da qaşlarını yuxarıdakı qaydada etməlidir.
Uzun üz quruluşu olan xanımlar – uzun üzü balaca görünməsi üçün aypara formasında olan qaşlar etdirin.
Qaşlarınızın düzgün alınması üçün üzünüzü tanımağınız çox vacibdir. Çünki ilk baxışlar həmişə qaşda cəmlənir və səhv alınmış qaşlar çirkin görünməyimizə səbəb ola bilər.
İstədiyimiz formanı almaq üçün nə etməliyik?
Diqqət çəkən və iddialı bir üz ifadəsi üçün aypara şəklində olan formalara üz tutmalısınız.
Masum baxışlar arzulayırsınızsa, düz forma etdirin.
Aşağı doğru olan qaşlar isə üzə qəmgin bir ifadə verir.
Üçbucaq qaş forması daha kəskin və sərt ifadə verir.
Gözlərin forması qaş alınan zaman diqqətə alınmalı olan faktordurmu?
Uzaq məsafəli gözlərə sahib olan qadınların qaşları bir-birindən çox uzaq olmamalıdır.
Gözlər bir-birinə yaxın olduqda isə qaşların arasında məsafə bir qədər uzaq olmalıdır.
Gözlər arasındakı məsafə normal olan qadınlar üçün isə qaş ortası məsafə gözünüzün uzunluğu qədər olmalıdır


Tarix: 19.06.2013 / 19:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 523 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...