Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzdəki Tüklərdən Xilas Olun.

Bəzi qadınların üzündəki tüklər normaldan çoxdur və gözəlliyi pozan pis bir görünüşə malikdir. Tüklərin çoxluğu hormonal ya da irsi səbəblərdən ola bilər.İstifadə edilən bəzi dərmanlarda üzdə tüklənməyə səbəb ola bilər. Üzdəki tükləri davamlı şəkildə epilyatorla təmizləmək həm zəhmət vericidir həm də dərinizə zərər verici. Üzdəki tüklərə bir başqa həll üsulu lazer əməliyyatlarıdir. Lakin lazer də şüa tətbiq edildiyi üçün dəriyə və sağlamlığa zərərli ola bilər. Yaxşı üzdəki tüklər üçün nə etməliyik? İndi sizə üzdəki tüklərdən təbii üsulla xilas olmanın düsturunu açıqlayacağıq. Doktor Ender Saraç üzdəki tüklərdən xilas olmaq üçün şəfalı bitkilər ilə hazırlanan təbii bir maska ​​tərifi verir. Bu müalicə ilə üzdəki, tüklərlə yanaşı ayaq, qol, qarın bölgəsi kimi problem olan bütün tüklərdən xilas olmaq mümkündür. Üzünüzdəki tüklərdən tamamilə və heç pul xərcləmədən təbii bir üsulla xilas ola bilərsiniz.

Üzdəki Tüklər Üçün Maska Tərifi:
Vəsaitlər:

* 1 Yumurta ağı,
* Kifayət qədər qarğıdalı unu,
* Kifayət qədər şəkər tozu.

Hazırlanması Və İcrası:
Şüşə bir qab içərisinə yumurta ağını qoyun, üzərinə kifayət qədər qarğıdalı ununu əlavə edin və yenə kifayət qədər şəkər əlavə edin, yaxşıca qarışdırın. Qarışdıqdan sonra təmiz dərinizə sürtün. Quruyana qədər gözləyin. Quruyanda dərinizi incitməyəcək şəkildə masaj edərək soyun. Bu qarışığı həftədə 4 dəfə tətbiq edin, bir müddət sonra üzünüzdəki tüklərin azaldığını və tamamilə yox olduğunu görəcəksiniz.


Tarix: 17.06.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...