Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Belə qaşlar yayda çox dəbdə olacaq

Qaşlarda yeni dəb

Qalın və daha tünd rəngli qaşlar dəbdə olacaq. Artıq aypara şəklində qaşlar dəbdə deyil. Nazik qaşlar öz yerini qalın və təbii formalara verir.

Qalın qaşlar son zamanlar qadınlar arasında sürətlə yayılır. Qalın qaşlar təkrar dəbə minməyə başlayıb. Qaş əkdirmə, qaş döymə və qaş uzatmaqla birlikdə qaşları rəngləmək də geniş yayılıb.

Orta qalınlıqda təbii qaş rəngi ilə daha xoş və dəbli görünəcəksiniz. Qaşları qalınlaşdırmaq və tündləşdirmək üçün bir neçə kosmetik üsul var. Qaş qələmi və qaşlar üçün tuşdan yararlanaraq istədiyiniz görüntünü almaq olar. Qəhvəyi qələmdən faydalana bilərsiniz.

Qaşları təbii üsulla qalınlaşdırmaq istəyirsinizsə, badam yağı və sarımsaq çəkə bilərsiniz. Sarı saçları olanlar isə qəhvəyinin daha açıq tonlarına müraciət edə bilər. 2013 yaz kolleksiyasilarında sarı saçlar və açıq qəhvəyi qaşlar trend olacaq. Saçların dibini qaşların rənginə uyğun etməklə də daha xoş görüntüyə nail ola bilərsiniz.


Tarix: 15.06.2013 / 19:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 77 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...