Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüklərin mənası nədir?

İstənilən toy mərasimində qonaqların ən çox maraq göstərdikləri məqam gəlinlə bəyin bir-birlərinə üzük taxmalarıdır.Amma çox az adam bilir ki,üzük həm də adamın,daha döğrusu,qadının xüsusiyyətindən çox şey deyə bilər.Buna görə də aşağıda yazılanları diqqətlə oxuyun və toydan qabaq üzük seçərkən yaxşı-yaxşı fikirləşin.
Ənənəvi üzük:Sadə və klassik üzükləri sevirsinizsə,deməli siz adətlərə hörmətlə yanaşan və etibarlı adamsınız.Dəbdəbə və təmtəraq sizdən ötrü vacib deyil,əsas hərşeyin dədə-babaların qoyduqları qanunla getməsidir.Bundan əlavə,əminliklə deyə bilərik ki,çətin anlarda sizə sakit ürəklə arxalanmaq olar.





Almaz qaşlı üzük:Belə üzükləri sevən qadınlar həssas və əsəbi olurlar.Təbiətən romantik sayılsalar da həyata həmişə real baxır və hər hansı bir addımı atmazdan əvvəl yüz dəfə ölçüb biçirlər.
Naxışlı üzük:Naxışlı üzüyə üstünlük verənlər,münasibətlərdə dəqiqlik və daimiliyi sevirlər.Onlar sakitliyi sevsələr də,heç vaxt riskə getməkdən çəkinmirlər.Belə qadınlar dəblə geyinməyə və diqqət mərkəzində olmağa can atır,habeləhəmişə yeniliklərə hazırdırlar.
İkirəngli üzük:İkirəngli (yəni sarı və ağ qızıldan hazırlanmış üzükləri,adətən,zahiri görünüşünə həddindən artıq çox fikir verən qadınlar seçirlər.Belələri ətrafdakıların diqqətini cəlb etməyi,bəzənməyi və əylənməyi xoşlayırlar.Onlar çox həssas və incə qəlbli olurlar.





Platin üzük:Platin üzüklər,adətən,zahiri görünüşdən çox,daxili gözəlliyə fikir verən adamları cəlb edir.Ən bahalı metalı xoşlayan qadınlar,eyni zamanda,həm sadəlik,həm də təmtərağı sevirlər.
Brilliant qaşlı üzük:Brilliant qaşlı üzüklərə əsasən,incəsənət adamları üstünlük verirlər.Onlar ünsiyyətcil,təmtəraq və rahatlığı sevirlər.Ümumiyyətlə,brilliant xoşlayan qızlar çox həssas və cazibədar olurlar.


Tarix: 09.06.2013 / 20:07 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 101 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...