Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yağlı Saçlar Üçün Maskalar

Sizlər üçün bəzi maskaların hazırlanmasını təqdim edirəm.


Gicitkən maskası:

Gicitkən yağını bütüb saçlarınıza çəkirsiniz. Sonra saçlarınızı polietilen papaqla bağlayırsınz. Üzərindən isti qalsın deyə yaylıqla bağlasanız daha yaxşı olar. 30-45 dəq qaldiqdan sonra həmişəki kimi saçlarınızı yuyursunuz. Bu maska saçlara çox xeyirdir. Həm saçları bərkidir, möhkəmlədir, canlandırır, yeni tüklər bitirir. (apteklərdə satılır)


Saçlar üçün soğan maskası:

Başı yumamışdan yarım saat qabaq saçların dibinə gənəgərçək yağı ilə soğan suyunun (hərəsindən 2 xörək qaşığı) qarışığını çək. Sonra başı polietilen papaq və dəsmalla ört. Yarım saatdan sonra saçları yu. Bu maska saçlar üçün çox xeyirlidir. Onları bərkidir, möhkəmlədir.

Alma maskası:

1 ədəd almanı sürtgəcdən keçirin, üzərinə 2 x.q. alma sirkəsi, 2 x.q. limon suyu əlavə edin. Maskanı saçlarınızda 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Saçları qalın və hamar edən maska:

Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız.
Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.
Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə bilər.

Bütün saç növü üçün olan maska:

Orta ölçülu qara turpu sürtkəcdən keçir. Şirəni süz və saçlarına sürt. Sonra dəsmalla ört və 30-40 dəqiqə gözlə. Sonra saçlarını şampunla yu. Nəticə özünü çox gözlətməyəcək. Sınanılıb!

Zədələnmiş saçlar üçün maska:

Eyni miqdarda götürülmüş badam, gənəgərçək və zeytun yağını qarışdırın.
Hər 50 ml qarışığa 1 xörək qaşığı yağ şəklində olan E vitamini əlavə et. Hamısını yaxşıca qarışdır və lap az yuyulmuş saça sürt. Maskanı 3-5 saat saxla, sonra isə şampunla yu. Sonda, saçlarını limon şirəsi ilə yaxala.

Saçları parıltılı edən maska:

Aşağıdakı komponentləri
qarışdır:
- 1 ədəd yumurtanın ağı
- 1 xörəkqaşığı çətənə yağı
- 1 xörəkqaşığı badam və ya yoyoba yağı
- 1 xörəkqaşığı bal
- 1 xörəkqaşığı alma sirkəsi
Bütün inqridiyentləri qarışdır. Tərkib duru alınarsa, onda yarım çayqaşığı nişasta əlavə et. Maskanı saçlara sürt və dara. 15 dəqiqədən sonra, maskanı yumamaq şərti ilə, ikinci dəfə sürt və 2-3 saat gözlə. Vaxt tamam olduqdan sonra saçları şampun və kondisionerlə yu. Bu maska saçları parıltılı etmək üçün ən yaxşı vasitədir.


Saçlarınız sürətlə tökülürsə baş dərisini quru halda bir ovuc duzla 10-15 dəqiqə massaj et. Bu massaj həftədə 2-3 dəfə təkrarlanmalıdır. Bu üsul hətta kişilərdə keçəlləşmənin belə qarşısını alır.

Saçların tökülməsinin qarşısını alan maska:

Çaytikanı maskası:

1 çay qaşığı bitki yağı və 9 çay qaşığı çaytikanını saçlarınınızın dibinə çəkin. 60 dəqiqədən sonra saçlarınızı şampunla yuyun. Maskanı həftədə 2 dəfə etsəniz, təsiri daha yaxşı olar.

Zeytun yağı maskası:

5 x.q. zeytun yağı və 2 yumurta qarışdırılıb saçın diblərinə sürtülür. Daha sonra saç yaylıqla örtülür. 15 dəqiqə saxlandıqdan sonra yaxşı-yaxşı yuyulur.


Tarix: 19.12.2012 / 22:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 634 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...