Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın Qısqanclığının 10 əlaməti

Kişilər şüurlu qadın qısqanclığını təbii və hətta xoş qəbul edirlər.
"Aysel" jurnalının məlumatına görə, kişiyə qarşı qısqanclıq qadının ona
münasibətinin ciddi olmasından xəbər verir. Ancaq bəzən qadın qısqanclığı sərhədi
aşır, sevgilisini itirməkdən qorxan xanım cüzi şeylərə anormal reaksiya verir,
dəlillərə fikir vermədən qeyri-sağlam qısqanclığın əlamətlərini nümayiş etdirir.

10. Kişi başqa qadınlara baxanda o qəzəblənir
Mənasız qısqanclıq qadını paranoya xəstəsinə çevirir: o, kişini nəinki başqa
qadınlara baxanda, hətta onun yanından ötüb keçən gözəl xanımlara da qısqanır.
Həddindən artıq qısqanc qadın sevgilisinin xarici görünüşündən
asılı olmayaraq bütün xanımlarla əlaqəsini məhdudlaşdırmağa çalışır.

9. O, sevgilisini dostları ilə heç yana buraxmır
Qeyri-normal qısqanclıqdan əziyyət çəkən qadın sevgilisinin dostları ilə birlikdə
əylənməsinə imkan vermir, böyük ehtimal ki, barda olan cəlbedici gözəlçələrə
biganə qala bilməyəcək. Beləliklə, evə qayıdan qısqanclıq xəstəliyinin qurbanı
"döyüş meydanı" ilə üzləşəcək: o, hər şeyi nöqtəsinə kimi danışmalıdır:
Harada? Necə? Kiminlə?

8. Hətta yaxşı münasibət də onun kefini pozur
Qadınla keçirilən hər dəqiqə - başqası ilə eşqbazlıq etmək üçün əldən çıxmış
imkan deməkdir. Bu üzdən o çalışacaq ki, kişini nəzarətdə saxlasın.
Qadını ən məsum əməllər belə qıcıqlandırır - məsələn, axşamı evdə
onunla keçirmək əvəzinə, kişi anasına və ya qohumlarına baş çəkməyə gedir.

7. O, sevgilisinin dostlarını sorğu-suala tutur
Həddindən artıq qısqanc qadının, yəqin ki, xüsusi “şpionlar” dəstəsi var,
amma bununla belə, o, kişi qanunlarını tapdalayaraq onun dostlarını sorğu-suala çəkir.

6. O, “təsadüfən” yoldaşının olduğu restorana gəlir
Ola bilsin qadın həmin restorana təsadüfən gəldiyini bildirəcək, lakin əminliklə
demək olar ki, bu, əvvəlcədən planlaşdırılıb. Gözlənilmədən peyda olmağın arxasınca,
“madam, ikimiz də burdayıq" deyərək gecəni birlikdə keçirmək və ya
evə getmək təklifi gələ bilər. Qısqanc qadını heç nə
saxlaya biməz, onun kişi kampaniyasında artıq olması belə.

5. O, yoldaşını iş yoldaşı ilə xəyanətdə günahlandırır
Hər dəfə kişi evə gec gələndə qadın onu iş yoldaşı ilə xəyanətdə günahlandırır.
Ola bilər bir gün o, “çox işim var idi” bəhanəsi ilə “təsadüfən” onun
ofisində peyda olacaq. Hədsiz qısqanc qadın sevgilisinin iş yerində katibə,
ya başqa bir cazibədar assistentin çalışmasına
dözə bilməz, əks halda kişini əsl katorqa gözləyir.

4. O, insanlar arasında dava salır
Qısqanclıq səhnəsi məkan, vaxt və ya mühitdən asılı deyil, “xəstə” qadın hər
yerdə dava sala bilər. Qısqanc xanım ifadələrindən və səs
tonundan utanmayaraq ailə, dostlar və cəmiyyət qarşısında kişini pərt edə bilər.

3. O, yoldaşının subay kişilərlə dost olmasını istəmir
Xəstə qısqanclıq üzündən qadın əsl manipulyatora çevrilir - hər tanış kişi,
onun hakimyyətinin potensial təhlükəsi olmağa başlayır.
Subay dostlar - ikiqat təhlükədir. Xanımların fikrincə, o cür dostlar kişini gözəl
tənha qadınlar olan kampaniyaya qata bilər.
Bundan əlavə, o düşünür ki, kişinin heç dostu olmasa, daha yaxşıdır.

2. O, hər həftə yoldaşını xəyanətdə təqsirləndırır
Xəstə qısqanclıq qurbanı olanlar hər həftə öz sədaqətini sübut etməyə çalışırlar.
Hədsiz dərəcədə qısqanc qadın heç kimin
məsləhətinə qulaq asmır, keçmiş şübhələrə görə üzr istəyib yenisinə başlayır.

1. O, kişini izləyir
Qısqanc qadınla münasibət detektiv novellasını xatırladır: belə qadın
müntəzəm olaraq kişini izləyir, onu telefon zəngləri ilə bezdirir,
hesab kitabçasını və ciblərini yoxlayır,
hətta internet axtarış sisteminin tarixinə belə baxır.


Tarix: 26.05.2013 / 21:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 165 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...