Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişilərin bekarçılıqla vida zamanını onların bioloji saatları müəyyən edir. Bunu tanınmış psixoloqla

Əfsunə ayna qarşısında dayanıb özünə baxırdı...İllər necə də dəyişmişdi onu.Nələr nələr yaşamışdı bu illər ərzində.Yenə də doğulub böyüdüyü bu şəhərdə keçmişi xatırlayırdı:

Çox kasıblıq içində böyümüşdü,atası onun 10 yaşı olanda ağır xəstələnmişdi,işlədiyi zavodun müdiri aylarla maaş vermədiyindən müalicə elətdirə bilməmiş və vəfat etmişdi... İllər çətinliklə,yoxsulluqla keçmiş,Əfsunə böyümüşdü,Universitetə qəbul olduğu il yenə də həyatın çətinliyi ilə üz-üzə gəlmişdi,imkansızlıq ucbatından təhsildə ürəyincə olmayan bir addım atmışdı.Elə həmin il həyatında çox şey dəyişmişdi onun.Universitetin Başqa bir fakültəsindən öz həmyerlisi olan biri həyatına girmişdi,həyatında ilk dəfə birinə bu qədər güvənib,bağlanmışdı...

Aradan illər keçmiş,vədlər verilmiş,əhdlər bağlanmış,ailə qurma planları qurulmuşdu. İlk olaraq sevdiyi oğlan ailəsinə açıqlamışdı vəziyyəti, ailənin isə cavabı heç də xoşagələn olmamışdı. Hətta qətiyyən qarşı çıxılmışdı, ata çəkdiyi əziyyətləri, xərclədiyi pulları oğluna xatırlatmış, ana isə özünü xəstəliyə vurmuş, hətta südünü halal etməyəcəyini demişdi oğluna. Və hətta Əfsunənin anasına xəbərdarlıq göndərmişdi ki qızına sahib çıxsın! Ana isə çox dilxor olmuş, qızına qarşı artıq xeyli dəyişmişdi... Universitet bitdikdə isə gənclərin yolları ailələrin səyi ilə ayrılmışdı...

Və bir gün sevdiyi insan Əfsunəyə zəng edib halallıq istəmişdi, çünki nişanlanırdı...Onun nişanlandığı qızın vaxtilə atasının işlədiyi zavodun müdirinin qızı olduğunu Əfsunə sonralar öyrənmişdi...

Bütün bunlardan sonra o həyatdan küsmüş,həyatının ən ağır,çətin günlərini yaşamış bir müddət heç kimə güvənə bilməmiş və heç zaman ailə qurmayacağnı düşünmüşdü.Üstəlik anasının da onla tərs rəftarı onu tamamən həyatdan soyudurdu,qohum-tanış qızlar bir-bir nişanlanırdı və hər dəfə anasının uzun danlaqlarını eşitməmək üçün hara gedəcəyini bilmirdi.

Sonunda isə onu bəyənən,son dərəcə mədəni,təhsilli zəngin bir bəylə ailə qurmuş,onunla Avropaya getmişdi...


Və artıq 5 il idi ki,o ailəli idi,gözəl,şirin bir qız övladı,avropada davam etdirdiyi,ürəyincə olan təhsili vardı.

Nəhayət gənclik həyatı boyu həsrət qaldığı ailə xoşbəxtliyin qurduğu ailəsində tapmışdı.

Görünüşcə də xeyli dəyişmişdi,əvvəlkindən çox çox gözəl idi.Bircə gözləri,baxışları heç dəyişməmişdi...


Əfsunə o insan haqda da eşitmişdi: Onun övladının olmadığını,atasının yenicə vəfat etdiyini,həyat yoldaşıyla boşanmaq üzrə olduğunu və qayınatası-zavod müdirinin həbs oluduğunu...O əmin idi ki o insanla anası indi mütləq onu xatırlayırlar və keçmiş üçün çox peşmandırlar.


Tarix: 22.05.2013 / 22:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 76 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...