Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“Ya olduğun kimi görün, ya da göründüyün kimi ol”. Çoxlarımız eşitmişik bu deyimi, yeri gələndə i

1. Niyə zəng vurmadın??

Bu sualı soruşmazdan əvvəl yaxşıca düşünmək lazımdır. Çünki, bu zaman həqiqətən niyə zəng vurmadığınımı soruşursunuz və ya zəng vurmasını istədiyini bildirirsiniz?? Unutmuş ola bilər və ya balansı bitə bilər. Xanımlar bu cür problemləri də başa düşməyə çalışmalıdırlar.



2. Ay, yatmışdın??

Onsuz da bir mərdi-mazarlıq edib yuxudan oyatmısınız. Heç olmasa dərhal "Bağışla, deyəsən oyandırdım" deyərək üzr istəyin ki, məsələni bir az yumşaldasınız. Əks təqdirdə "Bu vaxt nə etməliydim ki??" deyib qəlbinizi qıra bilər.



3. Son vaxtlar kilo almışam??

Bəylər adətən rahat qızlardan xoşu gəlir. Amma, bu o demək deyil ki, 100 kilo ola bilərsiniz. Sadəcə qarışqa boyda problemi fil ölçüsünə gətirməyin. Bu cür məsələləri yaxşı olar ki, rəfiqələrinizlə bölüşəsiniz. Nə də olsa onun bir bəy olduğunu unutmayın.



4. Günün necə keçdi?

Bəylərin məntiqi düzdür. Yəni əgər sizinlə bölüşəcəyi bir gün yaşayıbsa bunu mütləq sizə danışacaqdır. Ona bu cür sual vermənizi isə məxsusi olaraq nə isə öyrənmək və ya onu sorğulamağınız kimi başa düşə bilər.



5. Yaşayırsan??

Onun üçün narahatsansa və ya sizi daha çox itirib-axtarmağını istəyirsənsə bunu daha mehriban yolla edə bilərsiniz. Bu suala "Bəli, yaşayıram"dan başqa necə cavab verə bilər ki bir insan??



6. İndiyə qədər həyatında olmuş xanımlardan ən çox kimi sevmisən??

İnsan adətən ən çox kimə aşiq olarsa ən dərin hissləri də ona qarşı hiss etdiyini düşünər. Xanımın bu cür sual verməsi bəyə bir az gülünc gələ bilər. Çünki cavabın xanımı razı salmayacağını bilən hansı bəy bu suala səmimi cavab verə bilər ki??



7. Mənə özünü təsvir edə bilərsən??

Bu cür ümumi bir sual soruşmaq əvəzinə, konkret olaraq sizi nə maraqlandırırsa onu soruşmağınız daha məntiqlidir. Beləsə həm onu, həm də özünüzü yormazsınız.



8. Başqa nə var, nə yox??

Bu cür sualdan adətən telefon danışığı zamanı istifadə olunur. Onunla söhbətinizi bitirmək istəməyə bilərsiniz. Amma, bu cür sual söhbətinizin bir çıxmaza aparır. Onun əvəzinə açıq şəkildə telefonu bağlamaq istəmədiyinizi söyləyə bilərsiniz.


Tarix: 21.05.2013 / 21:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 87 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...