Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gündüzlər normal ər, gecələr qaniçən vampir

Lakin gecələr, gözünə yuxu gedən kimi o, qaniçən vampirə çevrilir, yanındakı adamları döyməyə, onların qanlarını içməyə çalışır.

"Guardian"a istinadən bildirir ki, dünyanın ən məşhur və nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan London Kollecinin professoru Maykl Houli gecələr bambaşqa adam olur. Onun xanımı Linda Houlinin dediyinə görə, əri sanki Cekil və Hayddır.


"Gecələr yatmaq vaxtı gələndə qorxuram. Çünki onun gözünə yuxu gedən kimi bambaşqa adama çevrilir, yırtıcı olur. Məni boğmağa, qanımı içməyə çalışır. Onu silkələyir, oyadıram. Bu xəstəliyin nə olduğunu bilmirik", - Linda Houli deyir.

Qadının sözlərinə görə, Maykl gecələrdən birində yuxulu olanda onu əvvəlcə yumruq, sonra da təpiklə vurub, söyüb. Buna görə də qadın indi ərindən ayrı yatır. Onların çarpayılarının arasında 1,5 metr məsafə və böyük dolab var.

"Başqa otaqda yatmağa da qorxuram, çünki Maykl gecələr qışqırır və boğulmağa başlayır. Onu yuxudan oyatmasam, ölə bilər", - Linda deyir.

Xanım Houlinin sözlərinə görə, ərinin yuxu pozuntuları 2008-ci ildə, Maykl Houlinin London Kollecinin ingilis dili kafedrasına dekan təyin edilməsindən sonra başlayıb.

16 yaşlı oğul atası, Northempşir şəhərində yaşayan Maykl Houli hər gün 97 km məsafə qət edərək işə yollanmaq məcburiyyətində qalmışdı.

60 yaşlı Maykl Houlinin 57 yaşlı xanımı daha sonra deyib: "Ərim çox həlim, qayğıkeş, gözəl insan, tanınmış alimdir. Lakin gecələr vampirə çevrilir. Gecə düşəndə artıq qorxuram. Ona bu barədə deyəndə şoka düşmüşdü".

Maykl Houli indi Kembricdəki "Papworth" klinikasında müalicə olunur. Həkimlərin dediklərinə görə, onda REM sindromlu yuxu pozuntusu var. Bu xəstəlik müalicə olunmazsa, Parkinson xəstəliyinə çevrilə bilər.


Tarix: 12.05.2013 / 18:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...