Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadın kimdir əslində?

Bir qadın uşaqdır əslində. Uşaq kimi davranmağı sevər. Kişinin özünə bir uşağa göstərdiyi şəfqəti göstərməsini də istər. Bir uşağı oxşayar kimi incitməkdən qorxaraq oxşamalıdır kişi qadını. Amma heç bir qadın uşaq rəftarı görmək istəməz. Söylədiyi şeylər uşaq tərəfindən də olsa dinlenilmesini, diqqətə alınmasını istər. Yəni bir qadının uşaqlıq etməsinə icazə verəcəksiniz amma əsla onu bir uşaq olaraq görməyəcəksiniz. Bir qadın güclüdür əslində. Hətta kişilərdən çox daha güclüdür. Amma bu gücünü hər vaxt ortaya qoymasını sevməz. İstər ki kişinin gücü özünə dinclik versin. Öz-özünə edə biləcəyi şeyləri belə kişinin etməsini gözləyər. Beləcə həm daha qadın olduğunu hiss edəcək həm də kişisinin nə qədər güclü olduğunu görəcək. Ancaq qadını gücünü göstərmək istədiyində onu maneə törədə bilməzsiniz. Etmək istədiyi bir şey varsa mütləq edər. Bir qadın sevimlidir əslində. İçində hər vaxt sevgini daşıyır. Sevdiklərindən asan asan ayrıla bilməz. Sevdiklərini asan asan. qıra bilməz. Çətin sevər amma tam sevər. Bir qadının tam mənasıyla sevə bilməsi üçün ürəyinin qəbul etdiyini beyninin də qəbul etməsi lazımdır. Və sevməzsə də onu əsla sevməyə məcbur edə bilməzsiniz. Bəlkə asanca ürəyinə girə bilərsiniz. Ancaq beynində yer etməmişsinizsə hər an tərk edilə bilərsiniz. Sevmədiyi halda tərk etməyən qadınlar da var əlbəttə. Bunun səbəbi isə maneə "ağrımaq" duyğusudur. Bir qadın təkdir əslində. Heç bir zaman qadını tamamilə əldə edə bilməzsiniz. Özünə aid bir dünyası vardır və orada həmişə təkdir. O dünyaya kimsənin girməsinə icazə verməz. Heç bir açar o dünyanın qapısını aça bilməz. Təklik onun sığınacağıdır. O sığınacağa nə vaxt girəcəyinə, nə qədər qalacağına həmişə özü qərar verər. Sığınacaqdaykən oradan çıxmağa məcbur etsəniz onu sonsuza qədər itirə bilərsiniz. Bir qadın dəlidir əslində. Nələr edə biləcəyini kişi ağılı xəyal belə edə bilməz. Yaradıcılığının sərhədi yoxdur. Amma bunu ortaya çıxartmaq üçün həyatının kişisini gözləyər. Boşuna xərcləməz yaradıcılığını. Yalnız kişisinə saxlayar. Bir qadının gerçək kişisi olmağı bacara bilmişsinizsə çox şanslısınız deməkdir. Çünki həyatınız əsla sıravi olmayacaq. Bir qadın həyatdır əslində. Çünki həyatın içində olan hər şey ancaq qadınlar olduğunda məna qazanır. Yemək, su içmək belə.

Bir qadının əlindən içdiyiniz suyla öz özünüzə stəkanı doldurub içdiyiniz su arasındakı ləzzət fərqini anlaya bilirsinizmi?


Tarix: 11.05.2013 / 14:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 120 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri
loading...