Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mənalı pritçalar

Bir ölkənin padşahının bir vəziri olur.
Bu vəzir hər səhər tezdən durub saraya gələr və padşahı yatmağa qoymazdı və deyərdi ki, tezdən duran insan həmişə xeyir tapar. Lakin padşah yatmağı çox sevərdi və gec durardı. Bir müddət belə davam edəndən sonra padşah başqa vəzirlərdən məsləhət istəyir ki, necə etsin ki, vəzir bunu hər səhər oyatmasın və belə qərara gəlir ki, oğrular tutsun ki, vəzir səhər saraya gələnde onu soysunlar. Hətta paltarını da alsınlar.

Səhər vəzir öz adətinə sadiq qalaraq saraya gəlirdi. Oğrular bunu yolda soyurlar. Yazıq vəzir tez evə qayıdır və əynin dəyişir. Buna görə də, saraya gecikir. Padşah deyir:

— Nə səbəbə bu gün gecikdin?

— Çünki bu gün saraya gəldikdə yolda məni soydular.

Padşah özündən razı deyir:

— Bəs deyirdin tezdən duranlar həmişə xeyir tapar.

Vəzir cavab verir:

— Görünür oğrular məndən də qabaq durublar.

* * *


Bir nəfər arvadın boşamaq istəyir. Ondan səbəbin soruşanda deyir:

— Kişiyə yaraşmaz öz arvadının eybini özgələrə desin.

Boşanandan sonra arvadı başqası ilə ailə qurur. Yenə həmin kişidən soruşurlar:

— İndi deyərsən nə səbəbə boşanmısan? Daha sənin arvadın deyil ki.

Kişi cavabında deyir:

— İndi də o, başqasının arvadıdır. Kişiyə yaramaz başqasının arvadınını qeybətini eləyib, eyiblərin acsın.


Tarix: 03.12.2014 / 14:42 Müəllif: Aziza Baxılıb: 116 Bölmə: Maraqli Hekayeler
loading...