Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara ilə bozun fərqi..

Mən sözümə qulaq asan,bir dediyimi iki etməyən bir uşaq istəyirəm.Orta yaşlı Sabir oğlu Rafiqin bu xarekterdə böyüməsini istəyirdi.Sabirin dostu Kamal isə onun bu fikirləri ilə razı deyildi:
-Məncə,bu,doğru fikir deyil.Uşaq nadinclik edə bilər.Ancaq bu nadinclik uşağın nə özünə,nə də başqalarına ziyan verməməlidir.Bir də uşaq nəyi nə vaxt istəməli olduğunu bilməlidir.Ona görə də,o özünə inanmalı,qətiyyətsiz olmamlıdır...

qara və boz rəngin ahəngi

Kamalın bu sözləri otdaqda bir anlıq səssizliyə səbəb oldu.Ancaq bu sakitliyi otağa çay gətirən Təranə pozdu.15 yaşlı qızcığaz çayları payladıqdan sonra Kamal onun qolundan tutub:
-Qızım,sənə bir sualım var,-dedi...
Təranə Sabirin böyük qızı idi.Onlar üç bacı,bir qardaş idilər.Ailənin böyük uşğı olduğu üçün məsuliyyətini yaxşı başa düşürdü.Hamı onu ağıllı bir qız kimi tanıyırdı...
-Təranə,qara ilə boz arasındakı fərq nədir?
Qəfil verilən sual Təranəni çaşdırdı.Əslində belə bir sualı qonaqlar da gözləmirdilər.Sabir bir tərəfdən Kamalın qəfil sualını düşünür,bir tərəfdən də Təranənin verəcəyi cavabı gözləyirdi.Təranə bir qədər düşündükdən sonra dedi:
-Məncə,qara rəng dəqiqliyi ifadə edir.Halbuki boz rəng qara qədər dəqiq deyil.Yəni boz rəngin çalarlarını əldə etmək mümkündür,ancaq qaranın belə çalarları yoxdur.Qara qətiyyətə,boz isə qətiyyətsizliyə işarədir...
-Təşəkkür edirəm qızım,çox gözəl cavab verdin...
Kamal Sabirə dönərək:
-Qətiyyətli,nə etdiyini bilən,cəsarətli insanların xarekteri Təranənin izah etdiyi qara rəngə bənzəyir.Onların davranışları açıq-aşkardır.Ancaq özünə inanmayan,qəyiyyətsiz,başqalarının təsiri altında qalan insanlar isə boz rəngə oxşayırlar.Yəni,belə insanlar bir gün qaraya,o biri gün boza çevrilə bilərlər.İnsanlar bu mənada qara kimi olmalıdırlar.İnsanların özlərinə inamları uşaqlıqdan formalaşır.Əgər oğlun Rafiq haqqında düşüncələrin ailədə də özünü göstərirsə,deməli,sən boz rəngə uyğun uşaq yetişdirmək istəyirsən...


Tarix: 01.12.2014 / 14:54 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Maraqli Hekayeler
loading...