Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir saxta boyunbağı

Bir gün bir qadının yoldaşını iş görüşməsinə dəvət edirlər. Hər kəs həyat yoldaşı ilə gələcəkdi.
O da öz həyat yoldaşını aparmaq istəyirdi. Həyat yoldaşı isə
- Mənim gözəl paltarım yoxdur dedi nə geyinəcəyəm ki...
...Yoldaşı biraz dar gün üçün yığdığı pulu xanımına verdi özünə paltar al dedi.
Qadın o gün üçün çox gözəl bir paltar almışdı. Amma ki, onda çatışmayan nəsə vardı... bu geyimə əlavə olunacaq qızıl taxmaq. Amma nə etsin belə bir qızılı yox idi.
Bir rəfiqəsi vardi, onun gözəl sepləri bilərsizkləri vardır. gedim ondan istəyim dedi, sadəcə 1 günlük.
Qadının rəfiqəsi bütün zinət əşyalarını tökdü qadının qarşısına:
- seç, hansını istəyirsən tax, sənə qurbandır dedi...
Qadın ən gözək bir vardı, məhz onu seçdi... çox gözəldi.. qızıl sep üzərində brilyant qaşlar və bütün dəstləri ilə bir yerdə
- Buyur götürə bilərsən dedi rəfiqəsi.
Qadın o zinət əşyalarını taxdı, gözəl geyiminə dahada gözəllik qatdı.
Həyat yoldaşı ilə o yeməyə qatıldılar. Hər şey gözəl keçmişdi.
Evə döndüklərində... qadın birdən əlini sinəsinə atdı... o bahalı boyunbağı yox idi.
Bütün yeri axtardılar. Gəldiyi yolu 4-5 dəfə gedəb qayıtdılar, hər yerə baxdılar amma o boyunbağını tapa bilmədilər...
Ağladı qadın... axı rəfiqəsinin dir, axı onu geri qaytarmaq lazımdır...
Səhərə qədər yata bilmdəilər. Səhər yoldaşı bankdan kredit götürüb o bahalı boyunbağını yeniden aldılar... çox bahalı idi..
Boyunbağını rəfiqəsinə qaytardı, rəfiqəsi isə heç boyunbağına baxmadan onu yerinə qoyub, qadından görüşün necə keçdiyini soruşdu...
Aylar keçdikcə krediti vaxtı vaxtında qaytara bilməmək onları daha da müflüs etdi.. Evlərini satıb borclarını ödəyib kirədə qalmağa başladılar.
Daha sonra qadında işləməyə başladı... onun bunun paltarını yuyaraq azda olsa qazanmağa başaladı...
Əllərı qabar olmuş, əvvəlki gözəllikdən bir şey qalmamışdı, sanki bu 1 il içində O qadın 10 il qocalmışdı.
Ordan köçdüyü üçün rəfiqəsini 1 ildir görmürdü..
1 gün yolda qarşılaşanda...
- Nigar sənə nə olub, niyə bu hala düşmüsən, səni nə qocaldın belə... sən ki çox gözəl qız idin deyə soruşdu rəfiqəsi..
Nigar başından keçən hər şeyi danışdı rəfiqəsinə...
Nigar danışdıqca şoka düşən rəfiqəsi sonda
- AYDAAAAAAAAA ola bilməz!!! Sən nə etmisən NİGAR???? O boyunbağı saxta idi. mən onu 200 dollara xaricdən saxtasını almışdım, orjinalı çox baha olduğu üçün...
Bunu eşidəcək Nigar... ağlamağın şokundan bilmədi rəfiqəsinimi boğsun, yoxsa özünü?
Bir anlıq diz çökdu və hönkürtü ilə ağladı.
Bir saxta boyunbağı üçün illərini, gözəlliyini və xoşbəxtliyini itirdi!....


Tarix: 01.12.2014 / 14:53 Müəllif: Aziza Baxılıb: 107 Bölmə: Maraqli Hekayeler
loading...