Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əlimi tut

Balaca qız və atası körpünü keçirlər. Ata biraz narahat olur və qızından onun əlini tutmasını istəyir:
- Şirin qızım, əlimi yaxşı tut ki, çayın içinə yıxılmayasan.
Balaca qız cavab verir:
- Yox, ata. Sən mənim əlimi tut.
Biraz çaşbaş qalmış ata maraqla soruşur:
- Fərqi nədi ki? "Çox böyük fərq var"- deyə balaca qızı cavab verir. "Əgər mən sənin əlini tutsam və mənə nə isə olsa, ola bilər ki, mən sənin əlini buraxım. Amma sən mənim əlimi tutsan, mən əminəm ki, nə olursa olsun sən heç vaxt mənim əlimi buraxmazsan."
Hər bir əlaqədə, əsl İNAMın məğzi özunə güvəndə yox, qarşındakına güvənməkdədir. Sizi Sevənlərin, əlinizdən tutmağını gözləməkdənsə onların əllərindən tutun...


Tarix: 01.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Maraqli Hekayeler
loading...