Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kömək almaq üçün hökumətə yalan danışmaq

Sual- İngiltərədə restoranda çalışan bəzi insanlar var və onları tanıyıram. Onlara yaxşı maaş verilir. Lakin onların etdikləri budur: onlar səlahiyyət orqanlarına yalan danışırlar və deyirlər ki, onlara az pul ödənilir. Bundan məqsədləri əlavə pul əldə etməkdir. Az təminatlı, gəlirli insanlara hökumət kömək edir. Yalan danışmaq, bu əlavə pulu əldə etmək onlara halaldır, yoxsa haram? Onlardan bunu nə üçün etdikləri soruşduqda, deyirlər ki, bu ölkədə vergilər çox yüksəkdir. Lakin məgər verginin yüksək olması yalan danışmaq və əlavə pul əldə etmək olar anlamına gəlirmi? Xahiş edirəm mənə izah edin, görəsən bu səhv addımdırsa, o zaman alınan pullar haram sayılır? Dua qəbul olunmur? Həcc qəbul olunmur? Xahiş edirəm izah edin. Təşəkkür edirəm.

Cavab-

Həmd Allaha məxsusdur.

Yalan danışmaq qadağandır. Bu cür etmək haramdır. Bu əsasla onun əldə etdiyi pul da haramdır və onun buna haqqı yoxdur. Duasına gəldikdə, haram mal yediyinə görə bu onun duasının qəbul olunmaması üçün səbəb olar bilər. Çünki bu hədisdə bildirilmişdir. Rəsulullah sallallahu aleyhi və səlləm buyurur: “...Sonra o uzun müddət səyahət edən birini zikr etdi və o kəs (saçı, paltarı) dağılmış və toz içində idi; əllərini səmaya doğru uzadaraq deyirdi: “Ey Rəbbim! Ey Rəbbim! Lakin, onun yediyi haram, içdiyi haram, geydiyi haram. Haramla qidalanırdı, elə isə onun duası necə qəbul olunsun?”. (Müslim 1015 rəvayət etmişdir).


Həcc ilə əlaqədar şair deyir:

“Əsli haram olan pul ilə həccə gedərsən,
Sən həcc etməzsən, lakin dəvələr həcc edər”.

Allah daha yaxşı bilir.



Muhammad Saleh əlMunəccid


Tarix: 06.04.2013 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 111 Bölmə: Maraqlı melumatlar
loading...