Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: Maşında özünü partlatmaqla düşmənə hücum etmək

Sual-İntihar, özünü partlatmaq kimi vasitələrlə, yollarla yerinə yetirilən, maşına partladıcı maddələr bağlayaraq düşmənə hücum etmək kimi cihad əməllərin hökmü nədir? Belə ki, həmin insan qəti olaraq bilir ki, bu əməlin nəticəsində o öləcəkdir.

Cavab-Həqiqətən də, bu məsələdə mənim rəyim budur ki, o insan özünü öldürmüş (intihar edən) kimi sayılır. Bunun nəticəsində o cəhənnəmdə əzab olunacaqdır. Peyğəmbərdən sallallahu aleyhi və səlləm bu barədə səhih olaraq varid olan hədisdə o demişdir: “Həqiqətən də, hər kim (qəsdən) özünü öldürərsə, o zaman əlbəttə ki ona cəhənnəm odunda əzab veriləcəkdir, orada əbədi qalacaqdır”. Buxari 5778; Müslim 109-110

Bununla belə, bu barədə cahil olan və bilməyən, etdiyi əməlin yaxşı olduğunu və Allahı razı saldığını güman edən insana gəldikdə, o halda ümid edirik ki, Allah sübhənahu və təala onu cahilliyindən (ictihadından) dolayı etdiyi bu əməlinə görə bağışlayacaqdır. Buna baxmayaraq indiki dövrümüzdə həmin insan üçün hər hansı bir üzr tapmıram. Çünki bu cür intihar insanlar arasında bilinməkdədir və geniş yayılmışdır. Həmin insanlara vacibdir ki, bu məsələ barəsində elm əhlindən, alimlərdən soruşsunlar ki, ta ki ona doğru yol ilə səhv yol arasında olan fərq bəlli olsun.

Təəccüb doğurucu hal budur ki, Allah təala bu cür etməyi qadağan etdiyi halda, bu insanlar özlərini öldürürlər. Allah təala buyurur: “...Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!” (Ən-Nisə 29)

Onlardan bir çoxunun bu cür etməsinin səbəbi, hər hansı yollar, vasitə ilə, halal və yaxud haram olsun fərq etməz, sadəcə düşməndən intiqam almaqdır. Beləcə onlar sadəcə intiqam almaq üçün yanğılarnı söndürmək istəyirlər.

Allahdan diləyimiz budur ki, bizləri Öz Dinində bəsirət sahiblərindən etsin və Onun razı qaldığı əməlləri edənlərdən etsin. Həqiqətən də, O hər bir şey üzərində qüdrət sahibidir.

Keyfə Nuəlic Vəəqiunə əl-Əlim, səh.119



Muhammad ibn Salih əl Useymin


Tarix: 06.04.2013 / 15:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 78 Bölmə: Maraqlı melumatlar
loading...