Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah təala ruzini yazıbsa, bəs nə üçün insanlar acından ölür?

Sual: Allah hər kəsin ruzisini əvvəlcədən yazıbsa, elə isə insanlar nə üçün aclıqdan ölürlər?

Cavab: Həmd Allaha məxsusdur.

ALLAH əl-RƏZZAQ`dır. Yəni Ruziləndirəndir, Ruzi verəndir. Ruzi verənlərin ən yaxşısıdır.

Allah təala buyurur: “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin”. (Hud 11:6)

Allah təalanın ruzisi nə simic, zıqqı insanın diqqətli, agah olmasına görə gəlir, nə də bunun gəlməsini istəməyən insanın düşmənçiliyinə, ədavətinə görə kəsilmir. Allah təalanın hikmətlərindən biri də budur ki, Öz qullarının ruzilərini fərqli, müxtəlif etmişdir. Necə ki, onların fiziki yaradılışını, görkəmini və onların vəsflərini fərqli etmişdir. Allah təala istədiyinə bol-bol, istədiyinə isə az verir. Allah təala bəzi insanlara çox, bəzilərinə isə az ruzi verə bilər. Allah təala əzəli elminə və qədərinə uyğun olaraq qullarının ruzilənəcəyinə zəmanət verir. Allah təala bilir və təqdir etmişdir ki, Onun qullarından bəzilərinə çox, bəzilərinə isə az ruzi veriləcək. Bunun üçün Allah təala müəyyən səbəblər təyin etmişdir ki, şüurumuz bunları dərk etməkdən acizdir. Allah təala Öz hikməti ilə qullarını imtahan edərək bəzilərinə bol-bol, bəzilərinə isə az ruzi verir. Qullarını nemətlə və ya bəlalarla imtahana çəkir.

Allah təala buyurur: “(Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik”. (Əl-Ənbiya 21:35)

Allah təala buyurur: “Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”. (əl-Fəcr 89:16)

Daha sonra Allah təala buyurur: “Xeyr!” (Əl-Fəcr 89:16), yəni onun düşündüyü kimi deyil. Allah təala kimi istəyir nemətləndirir və istədiyinin də işlərini çətinləşdirir. Bu böyük bir imtahan, sınaqdır. Şərəf, izzət və yaxud alçalmaq, rəzil olmaq əlaməti deyil. Bu imtahan, sınaq nəticəsində kimlərin şükür edən, səbirli və kimlərin isə nankör, naşükür olduğu aşkar olur. Hər bir şeyi elmi ilə əhatə edən ALLAH`dır.

Bu suala Şeyx Abdurrəhman əl-Bərrak cavab vermişdir.


Tarix: 05.04.2013 / 20:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar
loading...