Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nişanlanmış tərəflərin bir-birinə toxunması

Sual: İnternet səhifənizin bütün münasib bölmələrini axtardım, lakin sualıma cavab tapa bilmədim, ona görə də sizə sual ünvanlamışam. Hal-hazırki zövcəmə nişanlanmışdım. Nişanlı olan müddətdə (nikahdan, kəbindən əvvəl) biz görüşürdük və bir-birimizə toxunur, öpürdük, bir-birimizi oxşayırdıq və s. Lakin heç vaxt zina etməmişdik və sonra evləndik. İndi Nur surəsində bir ayəyə rast gəldim, bu ayə haqqında bəzi alimlər deyir ki, bir-biri ilə zina edən cütlər bir-biri ilə evlənə bilməzlər. Başqa əlaqədar sual odur ki, Pakistanın bəzi yerlərində insanlar heç bir şəriət tələbi olmadan evlilik müqaviləsini yeniləyirlər. Öncəki nikah etibarlı olsa da, onu yeniləmək olar?

Cavab: Həmd Allaha məxsusdur.

Nikah etibarlıdır, səhihdir və islami nöqteyi nəzərdən sadəcə şübhəyə əsaslanmaqla onu yeniləməyə ehtiyac yoxdur. Lakin sualın birinci hissəsində qeyd olunan, nişanlı dövründə qadını öpmək məsələsinə gəldikdə, əgər bu nikahdan əvvəl olubsa bu haramdır. Eynisi, qadın tərəfindən əl ilə təhrik olunan hökmə aiddir. Lakin nikahdan sonra olubsa, öpməkdə heç bir xəta yoxdur. Zinakarların bir-biri ilə evlənməsinə gəldikdə bunda bir qəbahət yoxdur, lakin bir şərtlə ki qadın “iddət müddətini” gözləməli və hər iki tərəf etdikləri əmələ görə tövbə etməlidirlər.

Allah təala buyurur: “Murdar qadınlar murdar kişilərə, murdar kişilər isə murdar qadınlara, eləcə də təmiz qadınlar təmiz kişilərə, təmiz kişilər də təmiz qadınlara layiqdirlər”. (Nur 24:25).

Hər iki tərəfin tövbə etməsi əsasdır, lakin “gözləmə (iddət) müddəti” başa çatdıqdan sonra və qadının zina nəticəsində hamilə qalmamasından əmin olmayana qədər nikah bağlana bilməz. Bu şərtlər yerinə yetirildikdən sonra, onların bir-biri ilə evlənməsində bir qəbahət yoxdur.

Sizin əhvalatınızda, sualda vəsf etdiyiniz kimi, evlilik əqdini yeniləməyə ehtiyac yoxdur. Lakin, hər ikiniz evlilikdən qabaq işlədiyiniz qadağanlara görə Allaha tövbə etməlisiniz. Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...