Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Faiz ana pul ilə qarışıbsa onu necə müəyyən edib ayırım?

Atam faiz əsasında fəaliyyət göstərən banka mənim üçün müəyyən məbləğdə pul yatırmışdır. 21 ildir ki, həmin hesab mənim adımadır və ana pulun üzərinə əlavə faiz gəlib-gəlmədiyini bilmirəm. Bilirəm ki, valideynlərim mənim üçün həmin hesaba daha çox pul əlavə etmişdirlər və bu da hansı məbləğdə, nisbətdə faiz əlavə olunması barəsində mənim şübhələrimi azaldır. Bu hesabı bağlamışam və pulu götürmüşəm, lakin ana pula nə qədər faiz əlavə olunduğunu bilmirəm və həmin hesabım qalsa idi, yenə nə qədər faiz əlavə olunduğunu müəyyən edə bilməzdim. Bu halda nə etməliyəm?

Cavab:

Həmd Allaha məxsusdur.

Əslində banka yatırılan pul, əmanət hesabında olsa belə borcdur (kreditdir). Ana pula görə ödənən (üstünə gələn) faiz haram ribadır. Quran ayələri bunu qadağan etmiş və bundan istifadə edən kəs barədə ciddi xəbərdarlıq, təhdid gəlmişdir.

Hicrətin1406-cı ilində Ciddə şəhərində təqdim olunan İslam Konferansı Təşkilatına məxsus İslami Fiqh Şurasının hesabatında deyilir:

Şəriətə görə riba və faiz yolu ilə gələn var-dövlət haramdır və-banka pul yatıran- müsəlmanın özü üçün və yaxud onun himayəsi altında olanların hər hansı bir işlərində bundan faydalanması qadağandır. Məktəblər, xəstəxanalar və s. bu kimi müsəlmanların ictimai maraqlarına xərcləməklə həmin kəs bu (haram) puldan özünü xilas etməlidir. Bu (pulun faiz hissəsi) sədəqə hökmünə daxil deyil, əksinə mal-dövləti haram şeylərdən təmizləməkdir. Bax: Məcəllət əl-Məcmə (9/1/667)

Buna əsaslanaraq, bank sisteminə və bu cür faiz ödənişlərinin hansı şəkildə həyata keçirildiyini öyrənməklə ribanın miqdarını aşkar etmək üçün əlinizdən gələni edin. Valideynlərinizdən bu əmanət hesabına yatırdıqları ana pul və axırıncı dəfə hesaba yatırdıqları pulun miqdarı haqqında soruşun. Faizin dəqiq məbləğini aşkar etsəniz, o zaman müsəlmanların ictimai maraqlarına xərcləmək üçün bu faizdən özünüzü xilas edin. Əks halda bunu həll etmək üçün güman etdiyiniz ən mümkün yolun hansı olduğuna baxın və bu məsələ barəsində valideynlərinizlə məsləhət edin.

Allah daha yaxşı bilir.


Tarix: 05.04.2013 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 119 Bölmə: Maraqlı melumatlar
loading...