Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlman qadın övrət yerini kafir olan qadın həkim qarşısında aça bilər?

Sual: Xüsusilə, qeyri-müsəlman ölkəsində yaşayan müsəlman bir qadının xəstəliyi səbəbindən övrət yerini müsəlman olmayan qadın həkim qarşısında açmasına icazə verilirmi?

Cavab: Buna icazə verilir və Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)” (ən-Nur 24:31). “...yaxud öz qadınlarından...” ayəsinin açıqlamasından aydın olur ki, qadının zinət yerlərini digər qadınlara göstərməsinə icazə verilir. Sonra alimləri bəziləri:(yaxud öz qadınlarından)–ayəsinin şərhində müəlman olmayan qadının bu hökmə girmədiyini söyləyiblər.

Lakin bu düzgün deyil, çünki tibbi müayinə və ya bundan başqa məqsədlə zəruri, ehtiyac duyulan hissəni açmaq olar.

Beləliklə müsəlman qadınla davranış eynilə qeyri-müsəlman qadına da aiddir. Sadəcə müsəlman qadın (ona ait) sirlərin (qeyri-müsəlman qadın tərəfindən) ağzından buraxacağından və ya yayılmasından qorxursa, onda buna (kafir qadının yanında açmasına) icazə verilmir. Tibbi müayinə məqsədilə müsəlman qadınların qeyri-müsəlman qadının yanında müalicə almasında heç bir xəta yoxdur.


Tarix: 04.04.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 160 Bölmə: Maraqlı melumatlar
loading...