Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Quranı cibdə gəzdirmək olar?

Sual: İcazəli olmadığını bildiyi halda Quranı Kərimi aşağı yan cibdə gəzdirməyin hökmü nədir?

Cavab: Quranı dizə/ombaya yaxın (aşağı yan cibə) qoymaq münasib deyil. Quranı sinəyə yaxın üst cibdə gəzdirmək lazımdır. Dizə yaxın aşağı cibdə gəzdirmək Qurana qarşı bir növ hörmətsizlikdir. Çünki həmin insan aşağı oturduğunda, Quran döşəmənin üstündə olacaqdır. Ona görə də, Quranı dizə yaxın qoyularaq gəzdirilməməlidir.

Quranı sinəyə yaxın yuxarı cibə qoymaq və yaxud əldə daşımaq lazımdır. Dizə yaxın ən aşağı cibə qoyduqda və həmin insan aşağı oturduğunda Quran döşəmədə olacağından, elə isə bu cür əməl münasib deyil və bu cür edilməməlidir.


Tarix: 04.04.2013 / 22:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...