Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Övladı olmayan, sonsuz bir kəs: “Ey Rəbbim! Məni tək buraxma” duasını edə bilərmi?

Sual: Bir nəfər sonsuzdur və övladı olmur. Övladı olması üçün Zəkəriyyə (Ona Allahın salamı olsun) peyğəmbərin etdiyi Allah təalanın: “Ey Rəbbim! Məni tək buraxma. Sən varislərin ən yaxşısısan!” ayəsini [əl-Ənbiya 21:89] dua kimi oxuya bilərmi?

Cavab: Həmdü-sənalar Allaha məxsusdur.

Bildiyim qədəriylə bu duanı söyləməkdə heç bir xəta yoxdur. Həmçinin, əgər o “Ey Allahım, məni xeyirli zürriyət ilə ruziləndir, Ey Allahım mənə saleh zürriyyət bəxş et” kimi və buna bənzər dualar edirsə, bütün bunlar gözəl dualardır. Həmçinin, Allah təalanın bu ayəsini: “Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!” [Ali-İmran 3:38] oxuya bilər.

Eləcə də, yaxşı olar ki, mütəxəssis həkimlərə gedib müayinə olunsun, çünki ola bilsin ki, bəlkə də heç düşünüldüyü kimi sonsuz deyil və elə bir problemi var ki, müalicəsi mümkündür. Bundan başqa yaxşı olar ki,doğan qadınla evlənsin. Çünki bəzən olur ki, problem onun zövcəsindədir, onda deyil və bu səbəbdən bəlkə Allah onu gözəl zürriyyət ilə ruziləndirər. Peyğəmbərin (Ona Allahın xeyir-duası və salamı olsun) belə buyurduğu rəvayət olunub: “Sevən və doğan qadınlarla evlənin, çünki mən sizin böyük sayınızla fəxr edəcəm”.

Müvəffəq edən Allahdır.

Alicənab şeyx alləmə Abduləziz ibn Bəəz (Allah ona rəhmət etsin), “Müxtəlif fətvalar və məqalələr toplusu kitabı”, cild.8, səh.423


Tarix: 03.04.2013 / 23:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 110 Bölmə: Maraqlı melumatlar
loading...