Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir kəsə münafiq söyləmək üçün qayda nədir?

Sual:

Möhtərəm şeyx, münafiqlik ilə ittiham olunma hallarının sayı dövrümüzdə çoxalmışdır. Bunun səbəbi digərlərini münafiqlikdə ittiham edənlərin sayının çoxalmasıdır və onlar bunun üçün aşağıdakı və digər ayələri dəlil olaraq irəli sürürlər: “Onlar namaza durarkən könülsüz qalxar, özlərini camaata göstərər və Allahı olduqca az yad edərlər.” [ən-Nisa 4:142]

Hörmətli şeyx, bir insanı münafiqlikdə ittiham etmək üçün qayda nədir?

Cavab:

Nifaq məsələsinə gəldikdə , Allah sizi mübarək etsin, etiqadda nifaq vardır ki, bunun yeri qəlbdir. Allahdan başqa heç kəs bu barədə bilmir. Ona görə də, əshabələrdən bəziləri ixtilaf edərkən Ömər (Allah ondan razı olsun): “Artıq o münafiq oldu” deyə söylədikdə, Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) buna öz etirazını bildirdi”.

(1) Necə ki, Xatib ibn əbi Balta Allahın Rəsulunun (Ona Allahın salavatı və salamı olsun) sirrini ifşa etdikdə Ömər ibn Xəttab (Allah ondan razı olsun): “Ey Allahın Rəsulu, icazə ver bu münafiqin boynunu vurum” dedi. Allahın Rəsulu (Ona Allahın salavatı və salamı olsun): “O artıq Bədirdə iştirak etmişdir. Nə bilirsən, bəlkə Allah Bədr əhlinə baxmış və demişdir: “İstədiyinizi edin, artıq mən sizi bağışladım”. Buxari, “Kitab ul-Məğazi”, (4274); Müslim, “Səhabələrin Fəziləti”, (2494)

Müsəlmanlardan hər hansı bir şəxsi, Allah və Rəsulunun övliyalarından (yaxın, vəli qullarından) kimisə etiqadda, qəlbdə olan nifaq ilə ittiham etmək icazəli deyil. Bunun üçün yalnız açıq-aydın dəlil-sübut olmalıdır.

Əməldə nifaqa gəldikdə-bu bir insanda münafiqlərə xas xislətlərin təzahür olmasıdır. “Bu əməlində o münafiqlik edir” söyləməkdə bir xəta yoxdur. Bir nəfəri yalan danışan və söyləyən görsək deyirik: “Bu adam bu məsələdə əməldə nifaq edir, əgər namaza tənbəlliklə qalxdığını görsək deyirik ki, onda münafiqlərin əlaməti var, çünki tənbəllik yönündən namaza durmaqda münafiqlərə oxşayır.”

Əməldə nifaq geniş bir məsələdir. Hər kim münafiqlərə xas xüsusiyyətlərdən hər hansı birində onlara müvafiqlik edərsə, bu xislətində o kəs münafiqdir, o yalnız bu əməldə münafiq sayılır, bu isə onu dindən xaric etmir. Necə ki, Allahın Elçisi (Ona Allahın salavatı və salamı olsun) demişdir: “Münafiqin üç əlaməti var: danışanda yalan danışır, vəd verəndə vədinə xilaf olur və etibar edəndə, xəyanət edir.” Buxari, “Kitab-ul İman”, (33); “Kitab əş-Şəhadə”, (2682); Müslim, “Kitab əl-İman”, (59)

Bu münafiqlərin əlamətidir. Lakin ola bilsin ki, müsəlmanlardan kimsə bu əməllərdən etsin, bu halda biz deyirik ki, o bu məsələdə münafiqdir.

Şeyx ibn Üseymin, “Açıq Görüş”, səh.84-86, cild 32, sual 967


Tarix: 03.04.2013 / 22:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 201 Bölmə: Maraqlı melumatlar
loading...