Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah qulu kimdir?...
Allah qulu kimdir?...

Qul odur ki, Allah Rəsulunun (sallallahu aleyhi və səlləm) dəvətini qəbul edir.
Qul odur ki, acizliyini, heç kimliyini və Allaha möhtac olduğunu bilir.
Qul odur ki, Hənzələ (ra) kimi “münafiq oldum!” deyə daim qəlbində narahatlıq hissi yaşadır.
Qul odur ki, Əbu Bəkr kimi (radiyallahu anhu) ,Rəsulullah (sallallahu aleyhi və səlləm) yatarkən,ona zərər verməsin deyə ilan dəliyini topuğuyla bağlayıb, sonra isə ilan sancmasının verdiyi əziyyətə səbr edir.
Qul odur ki, Əli ibn Əbu Talib və onun zövcəsi Fatimə bintu Muhəmməd (sallallahu aleyhi və səlləm) kimi özləri ac ikən yeməyi miskinə verir.
Qul odur ki, əməllərini tək Allah rzası üçün edir.
Qul odur ki, insanları daim yaxşılığa dəvət edir, münkər işlərdən uzaqlaşdırır.
Qul odur ki, öz malını və canını Allah yolunda sərf etməyə razıdır.
Qul odur ki, fitnə zamanı dağlara çəkilib çobanlıq edir.
Qul odur ki, Ömər ibnul Xattab (ra) kimi Rəsulullah (sallallahu aleyhi və səlləm) haqqında acı kəlmə deyənin başını kəsməyə hazırdır.
Qul odur ki, Osman ibnul Əffan (ra) kimi mələklər ondan utanır.
Qul odur ki, müsəlman olduğu üçün diri-diri yandırılır,amma yenə də gülərək “Lə iləhə illəllah, Muhəmmədən rasulullah” deyir.
Qul odur ki, Əbu Hureyra (ra) kimi bir hədisi danışarkən,hədisin dəhşətindən üç dəfə hüşunu itirir.
Qul odur ki, Allah adı çəkilərkən qorxudan rəngi qaçır, bədəni titrəyir.
Qul odur ki, müjdə ayələrini oxuyarkən sevinc göz yaşları axıdır.
Qul odur ki, Allahın ayələri oxunarkən səssiz dinləyib, ibrət alır.
Qul odur ki, Allah üçün ömür sürür,əməlləri, sevinci, kədəri, qəzəbi, həyatı və ölümü aləmlərin Rəbbi üçündür.
Qul odur ki, hər gecə evində Qurani-Kərim sədaları eşidilir.
Qul odur ki, Allahdan qorxub, Onun rəhmətinə ümid edir.
Qul odur ki, hər bir gördüyündən ibrət götürür.
Qul odur ki, ölümünü bir an belə unutmur.
Qul odur ki, Allahu təaləyə qovuşacağı günü gözləyir.
Qul odur ki, Allahu təalənin adı çəkildikdə utandığından rəngi qızarır.
Qul odur ki, nəfsini özünə qul etməyi bacarır.
Və nəhayət qul odur ki, qul olduğunu dərk edir.


Tarix: 10.06.2015 / 17:42 Müəllif: Aziza Baxılıb: 383 Bölmə: Maraqlı melumatlar
loading...