Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YouTube-a yüklənən videolaraı saymaqla bitməz.

2005-ci ildə qurulan və 2006-da Google tərəfindən tam 1,65 milyard dollara alınan YouTube, hal-hazırda şübhəsiz dünyanın ən məşhur video paylaşım saytıdır. Məşhur olması bir tərəfdən istifadəçilərin tez-tez saytı ziyarət etməsini, digər tərəfdən isə sayt üçün bolca yeni video əlavə olunmasını təmin edir. Yaxşı amma YouTube-a əlavə olunan videoların miqdarı nədir?
+
YouTube keçdiyimiz günlərdə rəsmi bloqunda bu suala cavab verdi.2007-ci ildə, yəni Google YouTube-u hələ yeni satın aldığı zaman hər bir dəqiqədə, sayta 6 saatlıq yeni video əlavə olunurdu. 2009-un Yanvar ayında bu miqdar dəqiqədə 15 saatlıq videoya yüksəlmişdi və hal-hazırda dəqiqədə 20 saatlıq video əlavə olunur.YouTube səlahiyyətliləri 1 dəqiqədə 24 saatlıq video yüklənəcəyinin çox yaxın olduğunu söyləyirlər.

Yəni YouTube-da çox yaxında hər bir dəqiqəyə 1 tam gündəlik görünüş əlavə olunacaq. Başqa sözlə desək bir gün boyunca əlavə olunan yeni video müddəti 34.560 saat, yəni 1440 gün, yəni 48 ay, yəni təxminən 4 il uzunluğunda olacaq. Bu o deməkdir ki, YouTube-a daxil olub yalnız bu gün əlavə olunmuş olan videoları fasiləsiz, başqa heç bir şey etmədən izləmək istəsəniz bu əməliyyat ancaq 2013-cü ildə bitə bilər...


Tarix: 21.11.2012 / 12:09 Müəllif: [Ram] Baxılıb: 523 Bölmə: Maraqlı melumatlar
loading...