Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah sevgisi və Allah qorxusu 1 yerdə olmalıdır

Bəzi insanlar din əxlaqını yaşamaq və Allahın razı olacağı bir insan olmaq üçün yalnız Allah sevgisinin kifayət etdiyini zənn edirlər... Ancaq Allah Quranda razı olduğu təqva sahiblərinin Allahı çox sevmələri ilə bərabər, Ondan gücləri çatacaq qədər qorxub çəkindiklərini bildirir... Allahı bütün sifətləri ilə tanıyan, Onun böyüklüyünü lazımınca dəyərləndirə bilən, ağıl və vicdan sahibi olan hər insan Allahdan gücü yetdiyi qədər qorxub çəkinir... Allah Ondan qorxub çəkinən bəndələrinə doğru ilə yanlışı bir-birindən ayırd edə bilmə qabiliyyəti verir; Allahın hökmlərinə qüsursuz tabe olması, daima vicdanına görə hərəkət etməsi üçün ona güc qazandırır... Allah iman gətirənlər üzərindəki bir nemətini Quranda belə bildirir:

«Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O, sizə haqla-nahaqqı ayırd edən verər, günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf sahibidir!». («Ənfal» surəsi, 29)

Məsələn, Allahdan qorxub çəkinən bir adam heç vaxt yalan söyləməz... Mənafelərinə zidd olsa da, əks halda Allahın rizasını qazana bilməməkdən və Allahın ona verəcəyi əvəzdən qorxub çəkinir və düzgün davranır... Bir anlıq qəflət nəticəsində səhv bir şey söyləsə belə, dərhal günahına görə Allaha tövbə edər və xətasını düzəldər... Bunun kimi, bir insanın böyük ehtiyac içində olmasına baxmayaraq, haram yollarla pul qazanmağa heç vaxt düşməməsi də yenə onun Allah qorxusundandır...

Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi vardır; o həddə qədər dürüst və doğru olsa belə, müəyyən bir vaxtdan sonra nəfsinə görə hərəkət edir... Allahdan qorxub çəkinən bir insan isə nə qədər çətin vəziyyətdə olursa-olsun, heç bir zaman Allahın razı olmayacağı bir yolu seçməz... Bir çətinliklə qarşılaşarkən..

Allaha arxalanıb Ona güvənər, çıxış yolu göstərməsi üçün Rəbbimizə dua və təvəkkül edər...

Allah bəndələrini sevən, onlar üçün gözəllik diləyən, onları bağışlayan, mərhəmət edən, onlara yardım edən və əvəzsiz olaraq lütf edəndir... Müşriklər və inkar edənlər isə Allahın rəhmətindən uzaqdırlar... Sonsuz ədalət sahibi olan Rəbbimiz Ona səmimi bir ürəklə iman gətirən saleh bəndələrini dünyada və axirətdə rəhməti ilə mükafatlandıracaq, inkar edənləri isə cəhənnəm əzabı ilə cəzalandıracaqdır...

Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabı lazımınca dərk edə bilən bir insan həyatının hər anında, etdiyi hər işdə Allahdan daxilən titrəyərək qorxar... Bu qorxusuna görə Rəbbimizin razı olmayacağı bir hərəkəti etməkdən qətiyyətlə çəkinər... Ancaq bir yandan da, Allaha səmimi bir sevgi və sədaqətlə bağlandığına görə, Allahın onun xətalarını bağışlayıb tövbələrini qəbul edəcəyini, Allahın rizasını qazanmaq üçün cidd-cəhd göstərdiyinə görə onu cənnətlə mükafatlandıracağını umar... Quranda iman gətirənlərin bu əxlaqı belə bildirilir:

«Rəbbindən görmədikləri halda qorxanları isə bağışlanma və böyük bir mükafat gözləyir!» ...(«Mülk» surəsi, 12)

«Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün...!!!»(«Ali-İmran» surəsi, 102)

Allahı həqiqətən sevən hər mömin Allahın əzabından, Allahın razılığını və sevgisini itirməkdən çox qorxar və buna görə həyatı boyu çox ciddi və səmimiyyətlə çalışar... Allah Quranda bu əxlaqı yaşayan möminləri belə müjdələyir:

«Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti qəbul olunar...» («İsra» surəsi, 19)


Tarix: 04.12.2014 / 11:17 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Maraqlı melumatlar
loading...