Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nur İçində Nur

Nur İçində Nur

Bu kirlənmiş dodaqlarda Səni öymək nə günah!
O dil-dodaq öysün Səni, virdi Quran,Bismillah!
Nida gəlir göylərdən: Lə iləhə illallah!
Ey kamalı Kamalullah! Misg qoxuyan vucudu!
Sən öyrətdin ümmətinə Haqq önündə sücudu!
Xəbərlər üçün giflər

Çəmən çiçək fısıldasın o mebarək ismini!
Bağ –bağçada qızılgüllər xətm eyləyib rəsmini!
Həsrətindən coşan sular dil-dil ötür vəsfini!
Ilahidən sevilən Sən, öyülən Sən,ancaq Sən!
Amalına ,kamalına ,camalına min əhsən!
Xəbərlər üçün giflər

Sübhə işıq,gözə nursan! Işıq ölməz, nur ölməz!
Təcəllinlə ölməyənlər qiyamətdə dirilməz!
Şəfqətinlə örülməyən yıxıq könül örülməz!
Sən könüllər memarısan: şəfa Səndə,ruh Səndə!
Ömrümüzə bahar əsər Sən qəlblərə əsəndə!
Xəbərlər üçün giflər

Dəva Səndən, şəfa Səndən,Kani-irfan! Ya Rəsul!
Övliyalar mürşidisən, Fəxri-Cahan,Ya Rəsul!
Sübhi məsa,nuri əhad,mülkə sultan Ya Rəsul!
Gözəlliyin səbəbkarı göydə Allah,yerdə Sən!
Sən dirisən, Sən canlısan,bir ilahi sirdəsən!
Xəbərlər üçün giflər

Sevildikcə çevrə-çevrə yaxınlaşan üfüqsən!
Bizə bizdən daha yaxın, könlümüzə rəfiqsən!
Pənahsızlar pənahısan ,imdadsıza təvfiqsən!
Aç qolunu,bas bağrına nə qədər ki, misgin var!
Çarəsiz var, nəsibsiz var, talehindən küskün var!
Xəbərlər üçün giflər
Sıyrıl mahi təban kimi bu zülmətin içindən!
Xilas eylə ümmətini, müsibətin içindən!
Qurtar bəşər övladını kəsafətin içindən!
Nizam Səndə, düzən Səndə, Sən diriliş qaynağı!
Başımızın tacı olsun ayağının torpağı!


Tarix: 04.12.2014 / 11:12 Müəllif: Aziza Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar
loading...