Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dini Sözlər...,...

Olmaq istəyirsən haqqa yaxın, qul könlünə toxunma əsla..

Qəbrə hazırlıqsız girən dənizə qayıqsız girmiş kimidir. (Hz.Əbubəkir)

Gizlət məni rəhmət qapısında Rəbbim nəfsim izimi tapa bilməsin..

İnsan olmaq istəyən adam əvvəlcə nəfsinin itini susdurur. (Sədi Şirazi)

Nəfsinin arzularına tabe olan, Allahu Təalanın necə qulu olur? Ey insan! Kimə tabe sənsə onun qulu olarsan.

Mömin günəş kimidir. Saralıb, solaraq batar amma doğduğunda (axirəttə) göz qamaşdırır.

Gəncliyin qiymətini qocalar, dincliyin qiymətini narahatlar, səhhətin qiymətini xəstələr, həyatın qiymətini ölülər bilir.

Allah ədaləti qəlblərinizin qaynaşması üçün fərz qıldı. (Hz.Fatimə)

Allah həcci dinin ayaqda dayanması üçün fərz qıldı. (Hz.Fatimə)

Rəbbiylə özü arasında olan şeylər haqqında, ağıllı davranan bir kimsə görmədim. (Hz.Həsən)

Mən duanın qəbul edilməməsi qayğısı daşımaram. İçimdə dua etmə istəyinin olmamasının qayğısını daşıyaram. (Hz.Ömər)

Allah zəkatı nəfsin təmizlənməsi və ruzinin artması üçün fərz qıldı. (Hz.Fatimə)

Səni sevən, pis işlərdən səni çəkindirir; Səndən nifrət edən isə səni bu işlərə təşviq edəndir. (Hz.Hüseyin)


Tarix: 04.12.2014 / 10:56 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar
loading...