Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sənə nə deyim?

Ey namazı tərk edən!!

Aramızdakı bütün əlaqələri kəsdiyin halda səninlə nə şəkildə danışmağa başlayım?
Sənə nə deyim?
Sənə hansı yolla xitab edim?
Sənə təşviq yolu iləmi, yoxsa təhdid yolu iləmi xitab edim?

G304;FLER


Ey namazı tərk edən!!

Sən, özünü nə zənn edirsən?
Sən, səni yaradan və sənə şəkil verən Rəbbinə səcdə etməkdən saxlayacaq qədər Ondan ehtiyacsız ola bilərsənmi? Ona ehtiyacın yoxmudur?
Qürur, səni Rəbbinin hüzurunda zəlîl və huşu ilə dayanmağa tənəzzül etməyəcək bir vəziyyətəmi gətirdi?
Dinlə, gör Rəbbin Allah Təala nə buyurur:
6 - Ey (kafir) insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir?
7 - O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı.
8 - Sənə Özü istədiyi surətdə biçim verdi. (İnfitar surəsi)

Ey namazı tərk edən!!

Sən islam dinində namazın nə qədər vacib olduğunu bilmirsənmi? İslamda ondan başqa bir ibadətin olmayacağı və onun itirilməsilə dinin əldən getməsini bilmirsənmi?
Peyğəmbərimiz (s) buyurmuşdur: "Ey insanlar, namaz qılan adam uca Allahı ilə münacat edir, belə isə bilməlidir ki, munacatı (dediyi) nədir".

Ey namazı tərk edən!!

Sən, namazı tərk etdikdən sonra artıq səndə İslamdan nə qalar? Namazın, İslamın dirəyi və imanın otağı olduğunu bilmirsənmi?
Peyğəmbərimiz (s) buyurub: "insan ilə küfr və şirk arasında sərhəd, namazın tərkidir"

G304;FLER

Ey namazı tərk edən!!

Kainatda olan sənin xaricindəki hər şey Rəbbinə səcdə edir.

Ey namazı tərk edən!!

Əgər namaz qılmasan, bilməlisən ki, sən də əzabı haqq edən kəslərdən olarsan.

Ey namazı tərk edən!!

Cansızların, heyvanların və kainatdakı digər varlıqların səndən daha xeyirli və daha ağıllı olmasına razı olarsanmı?

Ey namazı tərk edən!!

Qiyamət günü namaz qılmayanın başına zillət, qorxu ve alçaqlıq gələcəyini bilmirsənmi?
Qələm surəsi: 42 - İş çətinləşəcəyi (baldırlar açılacağı,lüt-üryan vəziyyətdə qiyamətə gedəcəkləri, qiyamət bütün dəhşəti ilə görünəcəyi, həqiqət aşkar olacağı) və səcdəyə (namaza) dəvət olunacaqları gün onlar (səcdə etməyə) qadir olmayacaqlar.
43 - Gözləri zəlilcəsinə yerə dikiləcək, özlərini də zillət bürüyəcəkdir. Halbuki onlar (dünyada) sağlam olduqları ikən səcdəyə dəvət olunurdular.

Ey namazı tərk edən!!

Namazı tərk etməyin, dünya və axirətdə qaranlıq, həlak və zəlalət olduğunu bilmirsənmi?
Namazı tərk etməyin, sənin başına gəlmiş olan ən böyük bəla və müsibət olduğunu bilmirsənmi?

G304;FLER


Ey namazı terk eden!!

Namazı tərk etmənin stress, can çətinliyi və dolanışıq darlığına səbəb olduğunu bilmirsənmi?
Taha surəsi 124 - Hər kəs Mənim öyüd-nəsihətimdən (Qurandan) üz döndərsə, güzəranı daralar (yaxud qəbir evində şiddətli əzaba düçar olar) və Biz qiyamət günü onu məhşərə kor olaraq gətirərik!”
125 - O belə deyər: "Ey Rəbbim! Nə üçün məni məhşərə kor olaraq gətirdin, halbuki mən (dünyada hər şeyi) görürdüm!”
126 - (Allah) buyurar: "Elədir, amma sənə ayələrimiz (möcüzələrimiz, qüdrətimizə dəlalət edən əlamətlər) gəldi, sən isə (özünü görməməzliyə vurub) onları unutdun (iman gətirmədin). Bu gün eləcə də sən unudulacaqsan!”

Vah ki vah! Təəssüflər olsun sənə!
Ürəyin, sənin Rəbbindən uzaq bir halda, zamanın necə keçib getdiyini və ömrünün tükənməkdə olduğunu görmürsənmi?

Ey namazı terk eden!!

Dünyada ən xoş və ən gözəl şeyi dadmadan ondan necə ayrılmaq olar?
Şübhəsiz ki, dünyada ən xoş və ən gözəl şey, Allah-azzə və cəllə-yə ibadət etmək, Onu anmaq, Ona şükr etmək və Onun üçün namaz qılmaqdır.

Ey namazı terk eden!!
Namaz, gözündə sənə yüngül gəlirsə və sənin üçün bu qədər dəyərsiz isə, o halda səncə Allahın dinindən qiymətli olan şey hansıdır?
Namazı tərk edən, dinin digər əmrlərini daha əvvəl tərk edəcəyini bilmirsənmi?

Ey qəflətdə olan!

Namaz qılmamış bir halda ölüm sənə gəlmədən əvvəl Rəbbinə tövbə etməlisən!
Muminun surəsi 97 - Və de: "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram!


Tarix: 03.12.2014 / 17:24 Müəllif: Aziza Baxılıb: 214 Bölmə: Maraqlı melumatlar
loading...