Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnsana bütün dünyanı versələr belə,axirəti əvəz edə bilərmi?

AXİRƏTİN ƏVƏZİ YOXDUR

Uzun arzular insana unutdura bilir ki, dünya axirətin əkin yeridir. Dünya bir nəqliyyat vasitəsidir, axirət isə – təyinat məntəqəsi. Kimsə təyinat məntəqəsini unudub, nəqliyyatdan ikiəlli yapışarmı?! Əsla! Axirətin bir əvəzi ola bilərmi? İnsana bütün dünyanı versələr belə axirəti əvəz edə bilərmi? Bir neçə onillik həyat əbədiyyəti əvəzləyə bilərmi? Cavab aydındır və düşünən insan üçün burada böyük ibrətlər vardır. Həzrət Əlidən (ə) nəql edilən hədisdə deyilir: «Axirətin heç bir əvəzi yoxdur və dünya insanın qiyməti deyil». Axirəti insana unutduran iblis, əslində onu qəlb xəstəliyinə düçar edir. Həzrət Əli (ə) buyurur: «Axirəti yada salmaq – dərmandır, dünyanı yada salmaq isə – dərd və xəstəlik». Uzun arzular insanın qəlbinə hakim kəsildikdə, onu müalicədən uzaqlaşdırar, qəlbi mərəzlərdən qurtulmağa yol verməz. Uzun arzular insanın mənəvi müalicəsinə, əxlaqi rəzilətlərin aradan qaldırılmasına əngəl törədər. Əmirəlmöminin (ə) buyurmuşdur: «Kim axirəti çox yadına salsa, günahı və Allaha itaətsizliyi az olar». Uzun arzular axirəti unutdurur və bununla da, dolayısı ilə insanın günah və itaətsizlik etməsinə yol açır, təşviq edir. Bəhsimizin yekununda, bütün yersiz vəs-vəs və bəhanələri aradan qaldıran, insanın həyat və axirəini ən optimal surətdə tənzimləyən bir mübarək reseptə nəzər salaq. Həzrət Rəsuli-Əkrəmdən (ə) nəql edilir: «Dünya üçün elə işlə ki, sanki əbədi yaşayacaqsan və axirət üçün elə iş gör ki, sanki sabah öləcəksən». Dinimiz həm tərki-dünyalığın, həm də uzun arzuların yedəyində getməyin qarşısını alan bir optimal model təklif edir. Allah Təala cəmi insanlara bu mübarək tövsiyələrdən faydalanmağı nəsib etsin! Allahım! Bütün insanlara hidayət olmağı nəsib et! Cəmi insanlara arzu və ümidlə quruculuq etmək, uzun arzulardan qurtulmaq, qəlbi xəstəliklərdən amanda qalmaq tofiqini nəsib et! İman əhlini nicat tapanlardan, Peyğəmbər (s) və Əhli-beytin (ə) həqiqi davamçılarından qərar ver! Xəstələrin, yoxsulların, müşkülü olanların çətinliklərinin həllini, işğal altında olan torpaqların, ibadətgahların tezliklə qəsbdən qurtulmasını, 12-ci İmam – Həzrət Mehdi Sahib əz-Zamanın (ə.f.) tezliklə zühur etməsini nəsib et!


Tarix: 03.12.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 48 Bölmə: Maraqlı melumatlar
loading...