Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hicab necə olmalıdır? .......

1) Hicab – dar olmayan, qadının bədənini başdan ayağa örtən, üzündən, əllərindən başqa bədənin hər yerini örtən geyimdir. Allah buyurur: Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir! (Əhzab, 59)

2) Hicabın özü də zinət kimi olmamalıdır, yəni paltarın üstündə bəzəkli naxışlar, cürbəcür rənglər olmamalıdır. çünki bu, naməhrəmlərin onun naxışlı və bəzəkli paltarına baxmasına səbəb ola bilər və onları cəlb edə bilər və elə hicabın özü də zinət kimi olar, halbuki Allah deyir, "zinətlərini gizlətsinlər!".

3) Geyim qalın olmalıdır. Nazik, aydın və ya şəffaf olmamalıdır. Əgər geyim nazik (dar) olarsa, o zaman qadının geyiminin altındakı əzələsi aydın sezilər və bu naməhrəmləri cəlb edə bilər.

Hz.Peyğəmbər (s.ə.v) demişdir: "Ümmətimin son hissəsində elə qadınlar olacaq ki, onlar geyinmələrinə baxmayaraq çılpaq kimi görsənəcəklər. Onların dəvə hörgüzü kimi hündür saçları var. Lənət olsun onlara, onlar lənətlənmişlər. Onlar cənnətə girməyəcək, qoxusunu da hiss etməyəcəklər. Halbuki onun qoxusu filan-filan məsafədən duyulur


Tarix: 03.12.2014 / 15:40 Müəllif: Aziza Baxılıb: 41 Bölmə: Maraqlı melumatlar
loading...