Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meherremli-7

Bismilleh
Velhemdulilleh
Ve salavatullah
Bu zaman İmam Məkkədə olduğundan
Müslimin ölümündən xəbərsiz idi və artıq
əvvəlcədən planlaşdırdığı kimi Kufəyə yola
düşdü. Karvan Sələbiyyə məntəqəsinə
çatanda İmam Hüseyn Müslimin şəhid olması
xəbərini eşitdi. Baş verən hadisədən xəbər
tutan İmam gələcəkdə nələrin ola biləcəyini
anlayaraq hamını bir yerə topladı və onlara
Mədinəyə qayıtmağı təklif etdi. İnsanların
bəziləri dağılışdı və İmam Hüseyn ən yaxın
səhabələri ilə birlikdə öz yoluna davam etdi.
Artıq Məhərrəm ayı girmişdi. Kəraf adlı
məntəqəyə çatdıqda tanınmış sərkərdə
Hürrün başçılıq etdiyi Kufə ordusu gəlib
onlara yetişdi. Onlar İmam Hüseynin
qarşısını kəsərək Mədinəyə qayıtmasını
əngəllədilər. Bu zaman hələ ki su İmam və
onun dəstəsinin ixtiyarında idi. İmam
sədaqətli səhabələrindən düşmənə su
verilməsini və ümumiyyətlə hər hansı bir
qarşıdurmaya yol verilməməsini istədi. Lakin
İmamın əsgərləri yollarına davam etdikcə bu
dəfə su düşmən əlinə keçir. Fərat çayını
nəzarət altına alan ordu Peyğəmbər ailəsinə
su verməkdən imtina edir. Qeyd etmək
yerinə düşərdi ki, İmamın kiçik dəstəsi
içərisində qadınlar, hətta kiçik yaşlı uşaqlar
belə var idi. İmam Hüseyn düşmən
qoşununa su verərkən öz mənəviyyatı,
insanlığı, Peyğəmbər övladının əxlaqına
yaraşan bir hərəkət etdi. Çünki o, məsum bir
şəxsiyyət idi və hər iki dünyada Rəbbinin
razılığını qazanmaqdan başqa bir məqsədi
yox idi. Suyun qarşısını kəsərək Peyğəmbər
balalarını, İmamın səhabələrini susuz
qoymaq isə zülmkarlara - Yezid qoşununa
xas olan bir xüsusiyyət idi.
Beləliklə, çətinlik, əzab-əziyyət, məşəqqətlə
dolu 9 gün arxada qaldı. Məhərrəm ayının 9-
u Kufə ordusu İmam Hüseynə ya təslim
olaraq Yezidə beyət etməyi, ya da döyüşməyi
təklif edir. İmam Hüseyn şəhid olmağı Yezid
kimi bir şərəfsizə beyət etməkdən üstün
bildi və "Bizim kimilər Yezid kimilərə beyət
etməz" deyə buyurdu. İmam gecəni yaxınları
ilə birlikdə ibadət etmək üçün qoşundan bir
günlük möhlət istəyir. Səhabələr gecəni
səhərədək namaz qılır, dua edir, bir sözlə
Allahı zikr etməklə başa vururlar.
Aşura günü (Məhərrəmin 10-u) zahirən iki
müsəlman dəstə qarşı-qarşıya dayandı. Hər
iki tərəfdən "Allahu Əkbər" sədaları ucalsa
da, dəstələrdən biri İslama xəyanət edərək
ziyana uğrayanlar, digəri isə Peyğəmbərin
haqq yolunun keşiyində dayananlar idi. Bir
tərəfdə Allah aşiqləri öz sevdikləri Allaha
sevgilərini bəyan edir, digər tərəfdə isə
İslamın həqiqi prinsiplərinə qarşı çıxaraq
Peyğəmbər ailəsini qətlə yetirməyə hazır
olan münafiqlər dəstəsi dayanırdı...
Döyüşdən əvvəl İmam Hüseyn son dəfə
olaraq Peyğəmbərin əbasını geyinib
düşmənə tərəf yollandı və özünün son
xütbəsini oxudu. Ümumiyyətlə, İmam
oradakılara bir neçə dəfə xütbələr demiş,
Yezid hakimiyyətinin bütün İslam dünyası
üçün bir ləkə olduğunu xatırlatmışdır, onları
zülmə baş əyməməyə, ədalətli olmağa və
haqqı batilə qurban verməməyə çağırmışdır.
Bu xütbədən sonra kufəlilərin tanınmış
sərkərdəsi olan Hürr yanlış yolda olduğunu
anlayır. O, öz əməlindən peşman olaraq
İmam Hüseyn tərəfinə keçir və bu döyüş
meydanında ilk şəhid də elə Hürr Riyahi olur.

Ardi var


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 357 Bölmə: Maraqlı melumatlar
loading...