Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gece Oxusu__Islamdan Hekayeler 4 Hisse

BİRİNCİ HEKAYƏ



İBLİSİN DİKBAŞLIĞI



İblis (Şeytanların atası) əvvəllərdə) səma əhli ilə bir olub onların cərgəsində idi. O, altı min il Allaha ibadət etmişdi. Böyük Allah Həzrət Adəm (insanların atası) yaratdıqdan sonra insan xilqətinin əzəmətini qorumaq üçün bütün mələklərə və İblisə Adəmin qarşısında səcdə etmələrini əmr buyurdu. İblisdən başqa bütün göy əhli ona səcdə etdilər, lakin İblisi qürur tutdu. Şeytan öz əsl xilqətini xatırlamaqla özünü daha böyük bilib Adəmə dedi:

"Mən oddan yaranmışam, sən isə palçıq və gildən.”

Məhz elə bu təkəbbürlüyü Şeytanı Allah buyruğunu yerinə yetirməkdən saxladı, nəticədə bütün əməlləri puç və bəhrəsiz oldu. Həmçinin, Allah dərgahından qovularaq ordan uzaqladırıldı.

Möminlər ağası Həzrət Əli əleyhissalam bu barədə buyurur:

"İblisin dastanından nəsihət və ibrət alın. Belə ki, onun sonsuz ibadət və səyi (təkəbbürün nəticəsində) aradan getdi. O, altı min il Allaha ibadət etmişdi. Hələ də o illərin dünya ya axirət illərindən olması məlum deyil lakin bir saatlıq təkəbbür və qüruru onun bu illərdə etdiyi bütün ibadət və səylərini məhv edib boşa çıxartdı.”

Baxmayaraq ki, Şeytan da göy və ərş əhli idi, lakin Allah fərmanı yer və göy arasında eynidir. Bütün bəndələr Allah qarşısında bərabərdirlər. Ey Allahın bəndələri, bu Allah düşmənindən (yəni Şeytandan) özünüzü qoruyun!





İKİNCİ HEKAYƏ



ADƏMİN GÜNAHI VƏ TÖVBƏSİ!



Allah yeri yaradaraq onu insanların sükunəti üçün hazır etdikdən sonra ilk növbədə Öz məxluqatı arasında Adəmi (yəni hazırkı nəslin ilk nümayəndəsini) xəlq edib seçdi. Ona behiştdə yer ayırdı, müxtəlif halal və ən ləzzətli xörəkləri onun ixtiyarında qoydu. Bütün bunlarla yanaşı Allah, Adəmə özünü İblisin hiylə və düşmənçiliyindən qorumağı tapşırdı. Ulu Yaradan Adəmi imtahan etmək qəsdi ilə onun və arvadının "filan” ağacın yaxınlığına getməsməsini eləcə də ondan bir şey yeməklərini tapşırdı. Lakin İblis (Şeytanların atası) onu aldatdı çünki İblis onlara paxıllıq edirdi. Axı Həzrət Adəm behiştdə həmişəlik qalaraq daim yaxşıların yanında olacaqdı. Beləliklə, Adəm (əleyhissalam) öz yəqinini Şeytanın şübhə və vəsvəsələri nəticəsində əldən verərək möhkəm qərarını onun əsassız sözləri ilə mübadilə etdi! Behiştdəki xoşbəxt həyat və şadlıq o gündən belə Adəm əleyhissalam üçün qorxu və vəhşətə çevrildi. Amma mehriban Allah günahdan tövbə və peşmanlıq zəminəsini ilk dəfə olaraq Adəmdə vücuda gətirdi. Məhz bundan sonra Adəm Allahın bu nemətindən istifadə edərək mürtəkib olduğu günahdan tövbə qıldı. Tövbəsindən sonra Allah Adəmi yerə göndərdi ki, öz gələcək nəsli ilə yer üzünü abad etsin. Beləliklə Xaliqi-Sübhan Adəmi öz höccəti kimi təyin etdi. Belə ki, bütün insanlar onun göstərdiyi doğru yolun səmtində hidayət yolunu tapsınlar Allah Adəmin ölümündən sonra da yer üzünü Höccətsiz qoymaz.







ÜÇÜNCÜ HEKAYƏ

İKİ HƏDƏF XATİRİNƏ

Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-in vəfatından sonra mö`minlər ağası Həzrət Əli (əleyhissalam)-ın Peyğəmbərin haqlı xəlifə və vəsisi olmasına baxmayaraq Əbu Bəkr xilafətə yetişdi. İki il 4 aydan sonra dünyadan gedən Əbu Bəkrin yerinə Ömər ibni Xəttab əyləşdi. O da on bir il neçə ay xilafət etdi;

Ömərdən sonra xilafətə əyləşən Osman təqribən on iki il hökmranlıq etdi və Osmanın qətli 35-ci hicri qəməri ilinin axırlarında baş verdi. Bu zaman Hicaz camaatı Əli (əleyhissalam)-ın evinə sarı axışaraq o Həzrətlə bey`ət etdilər.

Həzrət Əli (əleyhissalam) 4-il 9 ay xilafət etdi. Həzrət qısa müddətin çox vaxtını Nakisinlər, Qasitinlər (Müaviyə və onun tərəfdarları) və Mariqilərlə (Xəvariclə) müharibiyə sərf etdi. («Tətimmətül-müntəha», 4-9-cu səhifələrdən iqtibas olunub.)

Məzlumlar ağası Həzrət Əli (əleyhissalam) bir söhbətində xilafət macərasını xatırlayarkən belə buyurur:

Osmandan sonra saysız-hesabsız adam mənim ardımca gəldilər. Onlar kaftarın yalları kimi (çox və sıx) idilər.

Beləliklə hər tərəfdən məni əhatəyə aldılar, camaatın izdihamı o qədər sıx idi ki, hətta az qalmışdı gözümün işıqları Həsən və Hüseyn (əleyhissalam)-onların ayaqları altında əzilsinlər. Camaatın təzyiqi və sıxımı bədənimə zərər yetirdi.

Hər iki tərəfdən paltarım cırıldı. Onlar canavardan qorxmuş qoyunlar çobanın ətrafına yığışdığı kimi mənim ətrafıma toplaşdılar. Mən də onları qəbul etdim. Lakin, çox çəkmədi ki, onlardan bir qrupu öz bey`ətlərini sındırdılar. (Təlhə, Zübeyr və onların ardıcılları) və bir hissəsi də mənim fərmanıma itaət etməkdən boyun qaçırdılar, (Xəvaric) başqa bir hissəsi Müaviyənin ardınca düşdülər. Dünya sadəlikləri gözlərini qamaşdıraraq onları aldatdı! (Bu mətləb «Nəhcül bəlağə»nin 67-və 92-ci xütbələrində qeyd olunub.)

Agah olun, and olsun Allaha, əgər hüccətin tamam etməsinə səbəb olan camaatın bey`əti olmasaydı, (həmçinin),

Bu zaman İraq əhlindən bir nəfər yerindən qalxıb Əli (əleyhissalam)-a bir məktub uzatdı (bə`ziləri deyir guya o məktubda bə`zi suallar yazılmışdı ki, Əli (əleyhissalam) onlara cavab versin). Əli (əleyhissalam) məktubu oxumağa başladı. O məktub oxuduğu vaxt Əli (əleyhissalam)-ın məclisini qaynar sükut bürümüşdü. Camaat Əli (əleyhissalam)-ın söhbətinin ardını gözləyirdilər. Bu zaman Abdullah ibni Abbas böyük İslam alimlərindən biri Əli (əleyhissalam)-ın öz sözünü kəsməsini hiss edib dedi. «Nə qədər gözəl olardı ki, öz söhbətinizi davam etdirəsiniz?!.»

İmam Əli (əleyhissalam) cavabında buyurdu:

Heyhat, ey ibni Abbas.

«Bu böyük ürək yanğısı idi ki, alovlandı da söndü.»

İbni Abbas deyir: And olsun Allaha heç bir zaman bu danışıq kimi bir sözə heyfslənib qəmgin olmamışdım ki, iş pozanların işi İmam istədiyini bəyan etməsin qoymadı. («Nəhcül bəlağə», xütbə 3)

Beləliklə Əli (əleyhissalam)-ın xilafət və rəhbərlik məs`uliyyətini qəbul etməkdə məqsədinin iki mövzu olmasını dərk etdik.

1-Zalımların zülmünün qarşısını almaq.

2-Məzlum və müstəz`əfləri (zəif) himayə etmək.


DÖRDÜNCÜ HEKAYƏ




SİYASİ MÖVQE



İslam Peyğəmbərinin vəfatı, eləcə də Bəni-Səqifə macərası ortaya çıxdıqdan sonra Bəni Haşimlərdən bir qurpu hətta Peyğəmbərin əmisi Abbas onlarla olub. Əbu Süfyanla birlikdə Əli əleyhissalamın hüzuruna gələrək həzrətdən Peyğəmbərin xəlifəsi adıyla ona beyət etmələrin xahiş edirlər.

Hətta Əbu Süfyan: "Əgər icazə versən piyada və atlılardan təşkil olunmuş çoxlu qoşunla səndən himayət edərik!” deyə əlavə etdi.

Əbu Süfyanın pis keçmişini olduqca yaxşı tanıyan Həzrət Əli əleyhissalamın onların cavabında buyurduğu söz "Nəhcül-bəlağə”nin beşinci xütbəsində qeyd olunubdur.

Əvvəlcə buyurdu:

-Ey camaat! Dağ cüssəli fitnə dalğalarını nicat gəmiləri ilə dağıdın. İxtilaf və pərakəndəliyə son qoyun.

Conra belə buyurdu:

-Yetişməmiş meyvəni dərmək şor, şumlanmış yerə toxum səpmək isə faydasız olar.

İmam Əli əleyhissalam bu bəyanı ilə böyük inqilablarda şərait və hazırlıqlara lazımınca olan diqqəti bildirdi. İşin müxtəlif anlarına varmaqla İsam üçün mühüm olan işlərin əncamına başlamaq lazımdır. Bu işdə şübhəli adamlara etiqad etmək olmaz.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 270 Bölmə: Maraqlı melumatlar
loading...