Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cəhənnəmin Od-alovu

Bir günləri Bəhlul Danəndə yoxa çıxır. Xəlifə Harun onun hər yerdə axtarır, amma tapa bilmir. Bir müddətdən sonra Bəhlul qayıdır. Onu görənlər xəlifənin onu axtardığını deyirlər. O da xəlifənin yanına gəlir.

Xəlifə soruşur:

- Bəhlul harada idin? Səni axtarmaqdan yorulduq. Getdiyin yeri bizə niyə bildirməmişdin?

Bəhlul cavab verir:

- Evimdə odunum, alovum qurtarmışdır, getmişdim cəhənnəmə ki, oradan od-alov gətirəm!

Xəlifə gülərək soruşdu:

- Nə oldu gətirə bildinmi?

Bəhlul: - Yox!!!

Xəlifə zarafatla: Niyə? Orada sənə od-alovu qıymadılar?

Bəhlul: - Yox, məsələ onda deyil. Sadəcə dedilər ki, burada nə odun var, nə də alov!

Xəlifə maraqlı halda soruşdu:

- Necə yəni od-alov yoxdu, bəs cəhənnəmin odu-alovu haradadı?

Bəhlul: - Dedilər ki, burada nə odun var, nə də alov. Buranın odunu da, alovu da dünyadan gətirəcəklər..... Bəli dünyadan, buranın odunu və alovu dünyadakı günahkar insanlardır. Odunla, alovu onlar cəhənnəmə gətirəcəklər.!!!

Quran dəlili:

إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۖ وَأُولَٰئِكَ هُمْ وَقُودُ النَّارِ
Haqqı inkar edənlərin nə malları, nə də övladları onları Allah yanında (axirətdə) heç bir şeydən qurtara bilməz. Əlbəttə, onlar cəhənnəm odunun yanacağıdırlar! (Ali İmran surəsi, ayə 10)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 77 Bölmə: Maraqlı melumatlar
loading...