Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hz Ademe(e)sual

Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu. Adəm (ə) ağlardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Əql.
Soruşdu:
–Sənin yerin haradır?
–Beyin.
Adəm (ə) ikincidən soruşdu:
–Sən kimsən?
–Məhəbbət.
–Sənin yerin haradır?
–Ürək.
Həzrət Adəm (ə) üçüncüdən soruşdu:
–Sən kimsən?
Dedi:
–Həya.
–Sənin yerin haradadır?
–Göz.
Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu:
–Sən kimsən?
Cavab verdi:
–Təkəbbür.
–Sənin yerin hardadır?
–Beyin.
Adəm (ə) soruşdu:
–Əql ilə bir yerdəsiniz?
Dedi:
–Elə ki, mən gəldim əql gedir.
İkincidən soruşdu:
–Sən kimsən?
–Həsəd.
Soruşdu:
–Yerin hardadır?
–Ürək.
–Məhəbbətlə bir yerdəsiniz?
–Mən gəldimsə, məhəbbət gedəcək.
Adəm üçüncüdən soruşdu:
–Bəs, sən kimsən?
Cavab verdi:
–Tamah.
–Bəs sənin yerin hardadır?
–Göz.
–Həya ilə bir yerdəsiniz?
Dedi:
–Mən daxil olan kimi, həya xaric olur.
Mümkündür ki, bu altı nəfər Adəmi (ə) təlimatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 49 Bölmə: Maraqlı melumatlar
loading...