Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İmam Mehdinin (əccil Fərəcə) Həyatına Bir Baxış

Şiələrin axırıncı imamı Peyğəmbər (s)-in 12-ci xəlifəsi hicri tarixiylə 255-ci (868-ci miladi ili) ildə şaban ayının 15-də cümə günü İraqın Samirra şəhərində dünyaya göz açmışdır.
Onun atası 11-ci imam Həsən Əskəri əleyhis-salam dır.
Anası isə Nərcis adında ləyaqətli bir xanım olmuşdur. Rəvayətə əsasən o xanım Rum imperatorunun oğlu Yəşuənin qızı, anası isə İsa peğəmbərin vəsisi Şəmunun nəslindəndir.
Bu rəvayətə əsasən Nərcis xanım yuxuda qəribə bir şəkildə islam dinini qəbul etmişdir. İmam Həsən Əskəri əleyhis-salamın göstərişiylə özünü müsəlman ordusu ilə müharibəyə gedən Rum qoşununun sıralarına qoşulur. Sonda isə islam qoşunu tərəfindən əsirliyə alınır. İmam Hadi əleyhis-salam bir nəfəri onun ardınca göndərir ki, onu kəniz ünvanında alıb Samirra şəhərinə gətirsin.
Nərcis xanım bir müddət xanım Həkimənin (imam Həsən Əskəri (ə)-nin bibisi ) evində qalır onun təlim və tərbiyəsi vasitəsilə islam dini ilə tanış olur. Qeyd etmək lazımdır ki, Həkimə xanım ona çox böyük hörmət göstərərdi.
Nərcis elə bir xanım idi ki, illər öncə islam peyğəmbəri, həzrət Əli və imam Sadiq əleyhimus-salam onun barəsində mədhlər demiş və onu kənizlərin ən yaxşısı kimi tanıtdırmışlar.
Yeri gəlmişkən demək lazımdır ki, o xanımın Susən, Reyhanə və Məlikə kimi başqa ləqəbləri də olmuşdur.
O, həzrətin adı, kunyəsi və ləqəbləri.
İmam zaman ağanın adı və kunyəsi peyğəmbərin adı və kunyəsi ilə eynidir. Bəzi rəvayətlərdə o həzrətin zühur etdiyi zamana qədər “Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunub. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar.
O həzrətin məşhur ləqəbləri aşağadakılardan ibarətdir:
Məhdi(مهدی), Qaim (قائم‍‍‍‍‍‍‍‍), Müntəzər (منتظر), Bəqiyyətullah (بقیه الله), Hüccət (حجت), Xələfi-saleh (خلف صالح), Sahibul-əmr (صاحب الامر), Sahibuz-zəman (صاحب الزمان) və Vəliyyi-əsr (ولی عصر).
Onların arasında ən tanınmışı Məhdidir. Bu ləqəblərdən hər biri bir mənaya işarədir.
O həzrətə bu səbəbdən Məhdi deyilib ki, Allah tərəfindən hidayət olunub və insaniarı haqqa tərəf çağıracaq. Qaim deyilib çünki o həzrət haqq üçün qiyam edəcək. Müntəzər deyilib ona görə ki, bütün möminlər o həzrətin zühurunu gözləyirlər və o həzrətin intizarındadırlar. Bəqiyyətullah, yəni o həzrət Allah hüccətləri arasında yeganə imamdır ki. bu vaxta qədər yaşayır. Xələfi-saleh deyilməsinin səbəbi layiqli canişin olduğu üçündür. Mənsur ləqəbi isə Allah tərəfindən ona kömək olunacağını göstərir. Sahibul-əmr deyilməsi buna görədir ki, ədalətli bir hökumət qurmaq onun öhdəsindədir və Sahibəz-zaman və Vəliyyi-əsr ona görə deyilir ki, indiki zamanın yeganə ilahi hakimi odur.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...