Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

..OMUR AZANLA NAMAZ ARASI QEDERDIR..

Nəvəsi, babasından maraqla soruşur:
Babacan! Bir insanın ömrü nə qədər olur?
'Baba şirin bir təbəssümlə: Azanla namaz arası qədər balam.' dəyəndə nəvə:
'Necə yəni, ömür bu qədər qısadırmı?'-deyər.
Baba: 'Bəli balam. ömür, namazsız azanla, azansız namaz arası qədərdir.'-deyə cavab verər. Nəvə yenidən soruşar:
'Namazsız azan və azansız namaz sözləri ilə nə nəzərdə tutduğunu anlamadım babacan. Bu nə deməkdir açıqlayarsanmı?
' Baba sevgi ilə əllərindən tutduğu nəvəsinə: 'Bax balam, bu yaxınlarda qonşumuzun uşağı doğuldu. O uşağın qulağına azan oxundu elə deyilmi? O azanın namazı qılındımı? - Qılınmadı.
O azan "namazsız" azan idi.
İnsan öldüyü zaman qılınan cənazə namazının da azanı yoxdur.
O da "Azansız" namazdır.
Əslində o namazın azanı insan doğulanda oxunmuşdu qulağına.
- Bax ey insan! Doğuldun, amma öləcəksən, ömür tez bitər, həyatını yaxşı qiymətləndir. Boşa vaxt xərcləmə! -Xəbərdarlığını edirdi həmin zaman oxunan azan.
Bax belə balam :
- ömür, AZANLA NAMAZ ARASI QƏDƏRDİR. Əsla boşa keçirmə. Ömürünü dolu-dolu yaşa, bir nəfəs belə boşluq buraxma!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar
loading...