Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Nəyə Görə Namaz Qılmırsan?

Nəyə görə namaz qılmırsan??? Qoy fikirləşim!! Vaxtın yoxdur eledir mi?? Gözəl bəhanə...Onların da vaxtı yox idi...Müharibə zamanı idi...Ölümlə üz-üzə idilər...Ama...Namazlarını qəzaya qoymadılar..Peyğəmbər (s.a.s)-in göstərişi ilə bir-bir namaz qıldılar...Amma sənin vaxtın yoxdur.Bu bəhanə deyəsən olmadı elə?! Amma səni yenə də başa düşürəm..Qəlbin təmizdir elə,axı namaz nəyinə gərəkdir,əsas odur ki əməlin düz olsun...
O qədər namaz qılan var ki,tonlarla günah işləyirlər... Bu da bir bəhanə...Peyğəmbərimiz (s.a.s)-in qəlbində də mi təmizdir qəlbin?! Bu bəhanə də olmadı...
Onda qocalan zaman qılaram deyə düşünürsən...Bəs yaşlanacağına əminsən?! Qorxmursan ki,sən namazını qılmamışdan qabaq sənin cənazə namazıvı qılarlar? Bir saniyə sonra belə nələr olacağını bilmədiyin halda namaz üçün yaşlanacağını gözləməyin axmaqlıq olduğunu bilirsən mi?!...Hmm.Başa düşürəm...Namazı qılıb sonra yarımçıq buraxmaq qorxursan...Bu qədər acizsən?! Yəni başladığın işi bitirmək əzmin yoxdur?! Yox... Sadəcə Şeytan səni yaxşı bəhanələrlə doğru yoldan azdırır.Məhşər günü fitnəsinə uyduğun şeytan səni tək qoyduğu halda müxtəlif bəhanələr gətirərək qılmaqdan boyun qaçırdığın,başlayıb da yarımçıq buraxmaqdan qorxduğun NAMAZ köməyinə çatacaq..Bu bəhanən də olmadı?!
Eziz müselman yoldaşım! Səni gözəl,sağlam,ağıllı yaradan Rəbbinə ibadət etmək,ən önəmlisi Rəbbinlə görüşmək bu qədər çətin gəlir sənə?! Halbuki,ən çətin anında belə ona sığındın...Əllərini ona açdın...Ondan mədət umdun...Heç kimin səni dinləmək istəmədiyi anlarda belə o səni dinlədi..Səni səndən də çox sevən Rəbbin səni gözləyir...Sən ona ibadət etməklə onu ucaltmazsanki...O onsuzda ucalardan ucadır!!! Sən ibadətinlə özünü ucaldarsan...Unutma,ALLAHIN sənin ibadətinə ehtiyacı yox,sənin Ona ibadətə ehtiyacın var..Artıq durma..İbadət zamanıdır...Hər şey üçün gec olmamış Rəbbinə sığın..Secdəyə get...Ağla, sakitlik tapsın qəlbin...Və ən əsası anla ki...gətirdiyin səbəblərin sadəcə bəhanələr....Namaza başladığında dərk edəcəksən...İnşALLAH


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...