Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MELEKLER HAQQINDA BUNLARI BILIRSINIZMI?

Mələklərin xüsusiyyətləri nələrdir?
Mələklərin xüsusiyyətləri:
1) Mələklər nurdan yaradılmış varlıqlardır;
2) Yeməz, içməz;
3) Kişilik və dişilikləri yoxdur;
4) Heç günah işləməzlər;
5) Allahın əmrlərini əskiksiz yerinə yetirər;
6) Sürətli varlıqlardır;
7) Sayını Allahdan başqa heç kəs bilməz;
8) Daim Allahı zikr və təsbih ilə məşğuldurlar.
Böyük mələklər neçədir, hansılardır? Vəzifələri
nələrdir?
Böyük mələklər dörddür:
1) Cəbrayıl: Allahı Təaladan aldığı mesajları
(vəhyi) peyğəmbərlərə çatdıran mələkdir.
2) Mikayıl: Yağışın yağması, rüzarın əsməsi
kimi təbiət hadisələrini idarə etməklə vəzifəli
mələkdir.
3) İsrafil: Qiyamətin qopması və insanların
təkrar dirilməsi üçün mahiyyəti biz tərəfindən
bilinməyən "Sur" a üfləyəcək olan mələkdir.
4) Əzrail: Ömrü sona çatan insanların canlarını
almaqla vəzifəli mələkdir.
Dörd böyük mələk başqa, Quran-ı Kərimdə adı
keçən digər mələklər hansılardır və vəzifələri
nələrdir?
Digər mələklər bunlardır:
1) Kiramən Katibin: Bunlar iki mələkdir.Biri
insanların sağında olur, savabları yazar.Digəri
solunda olur, günahları yazar. (Solumuzdaki
mələk günahlarımızı yazır deyə pis mələk
deyildir.Ama sağımızdaki mələk yəni
yaxşılıqlarımızı yazan mələk solumuzdakı
mələyin amiridir.Biz bir günah işlədiyimizi
sağımızdaki mələk solumuzdaki mələyə
günahımızı dərhal yazmamasını
buyururmuş.Bəlkə günah işləyən qul
günahına tövbə edər və dəftərində o pislik
olmaz deyə ...)
2) Münkər Nekir: Qəbirdə sual verməklə
vəzifəli mələklərdir.
3) Rizvan: Cənnətdəki mələklərin başçısıdır.
4) Malik: Cəhənnəmdəki mələklərin başçısıdır.
5) Hafaza Mələkləri: İnsanların önlərindən və
arxalarından onları təqib edən, qəza və
bəlalara qarşı qoruyan mələklərdir.

♥ ELi ♥


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 87 Bölmə: Maraqlı melumatlar
loading...