Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elidir Eli (e)

Bismilləhir Rahmənir Rahim

Əlidir Əli (ə)!

Kəbədə doğulan yeganə insan

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

Əmirəlmominin, birinci İmam

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

İslama ilk gələn, din kimi seçən,

Leylətul-məbitdə canından keçən,

Şəhadət şərbətin məsciddə içən

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

Allahın höccəti, İmam, vəlisi,

Rəsulun (s) vəsisi, ilk xəlifəsi,

Beş kəsdən birisi, "bə"nin nöqtəsi

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

İmamlar atası, Natiqi-Quran,

Möminlər ağası, neməti-Subhan,

Sevgisi vacibat, imana bürhan

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

Əlidə tamamdır izzət, ləyaqət,

Əlidə tamamdır mərdlik, səxavət,

Həm adil, təqvalı, əhli-ibadət

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

Lənətlər xarici ibni-Mülcəmə!

Yerləri, göyləri batırdı qəmə

Mübarək gecədə çatan Əkrəmə (s)

Əlidir, Əlidir, Əlidir Əli (ə)!

Tural (Eli awiqi)


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 93 Bölmə: Maraqlı melumatlar
loading...